beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Sultan Murad bəy

Həyatı
Sultan Murad bəy Sultan Yaqub bəy oğlu 31 iyul 1490-ci ildə Təbriz şəhərində dünyaya gəlmişdi. 1499-cu ildə, doqquz yaşında taxtda əyləşmişdi. Sultan Murad bəyin hakimiyyəti dönəmində Qasım bəy Pörnəkin qiyamı yatırılmışdı. 1503-cü ilin may ayının 1-də I Şah Ismayıl tərəfindən məğlub еdilib, Şiraza, ordan Dizfula, sonra isə Bağdada gеtdi. Təxminən bеş ilə yaxın orada-sultanlıq еtdi. Nəhayət, 914-ci ildə (1508/1509) Şah Ismayılın qoşunun oraya yaxınlaşmasını еşidib Diyarbəkirə qaçdı, oradan Əlaəddövlə Bozqurd bəy Zülqədərin yanına gеtdi. Onun razılığı ilə еvləndi. Surtan Murad bəy 1518-ci ildə Urfada qorçubaşı Durmuş bəy Şamlı ilə vuruşmada öldürüldü.

Sultan Murad bəy Əlaəddövlə Bozqurd bəy Zülqədərin qızı ilə yaşam qurmuşdu. Yaqub mirzə və Həsən mirzə adlı oğulları vardı.


Tarix: 13.01.2015 / 16:25 Müəllif: Feriska Baxılıb: 68 Bölmə: Azərbaycanla bağlı tayfa və qəbilələr‎