beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

İldırım bəy Vəlibəyov

Həyatı
İldırım bəy Vəlibəyov 1873-cü ildə Şuşa qəzasının Çəmənli kəndində anadan olmuşdur.

O, gimnaziya təhsili almış mütərəqqi fikirli adam olmuşdur. Sovet höküməti qurulmamışdan əvvəl ticarətlə məşğul olub. Sovet hökuməti qurulduqdan sonra bir sıra vəzifələrdə işləmişdir. Bakıda Respublikanın baş prokuroru vəzifəsində işləyən qardaşı Bahadur bəy Vəlibəyova qarşı başlanan təzyiqlər İldırım bəydən də yan keçmir.

1933-cü il 17 avqustda onu vəzifəsindən sui-istifadə ittihamı ilə Şuşa şəhərində həbs edirlər və əmlakı müsadirə olunmaqla 5 il azadlıqdan məhrum edirlər. Cəzasını çəkib qayıtdıqdan sonra 16 may 1940-cı ildə onu yenidən, əks-inqilabi fəaliyyətdə ittiham edərək 7 il azadlıqdan məhrum edirlər. Onun böyük oğlu Böyük Vətən müharbəsində uzun döyüş yolu keçmiş, podpolkovnik Gəray Vəlibəyov Moskvada Frunze adına Hərbi Akademiyanı bitirməyi münasibəti ilə müdavimlərlə keçirilən görüşdə iştirak edən, Stalindən atası İldırim bəyi azad etməsini xahiş edir. Stalin bu xahişə biganə qalmır və İldırım bəyi vaxtından əvvəl azad edilməsi üçün yerindəcə göstəriş verir.

1957-ci ildə SSRİ Ali Məhkəməsinin qərarı ilə hər iki həbslə əlaqədar bəraət alıb.


Tarix: 13.01.2015 / 18:14 Müəllif: Feriska Baxılıb: 55 Bölmə: Azərbaycanla bağlı tayfa və qəbilələr‎