beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Gülməmməd bəy Rüstəmbəyov

Həyatı
Gülməmməd bəy Qasım bəy oğlu 1770-ci ildə Şuşa şəhərində anadan olmuşdu. İbtidai təhsilini molla yanında almışdı.Sonra mədrəsədə oxumuşdu. İbrahimxəlil xan Cavanşirə, sonra Mehdiqulu xana xidmət etmişdi. 1822-ci ildə xan İrana qaçandan sonra ruslara qulluq göstərmişdi. 1826-cı ildə üsyan edən Qarabağ bəylərinə qoşulmuş, lakin tutulmuşdu.Poruçik Gülməmməd bəyin tutulma nədəni: Özü Mehdiqulu хanın yanına qaçarkən yoldan qayıtmışdı. Tezliklə bağışlandı. Şəhər deputatları onu Moskvaya, çarın taczüzarlığına göndərdilər. Oğulları Rüstəm bəy və Ağa bəy də Mehdiqulu хanın yanına qaçarkən yolda yaralandılar. Onları yaralı halda Vərəndə mahalının Çanaqçı kəndinə gətirdilər.Gülməmməd bəy 1831-ci ildə Qarabağ atlı alayının başçısı (komandiri) idi. O, kapitan rütbəsi daşıyırdı.


Tarix: 13.01.2015 / 18:18 Müəllif: Feriska Baxılıb: 39 Bölmə: Azərbaycanla bağlı tayfa və qəbilələr‎