Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

loading...

Azərbaycanla bağlı tayfa və qəbilələr‎Əmiri-Gur

Əmiri-Gur və ya Gur-Əmir – Orta Asiyanın görkəmli abidələrindən biri.

Səmərqənddə XV əsrin əvvəllərinə aid türbə. Teymurun əmrilə tikilmişdir. 1420-ci illərdə Uluqbəy tərəfindən genişləndirilmişdir. Teymur, Uluqbəy və b. Teymurilər burada dəfn olunmuşlar. Ardı »

Azərbaycanla bağlı tayfa və qəbilələr‎Əmir Teymur

Teymurun adı[redaktə]
Ərəb ad qaydalarına əsasən Teymurun tam adı Teymur ibn Tarağay Barlas (Tīmūr ibn Taraġay Barlas — Barlaslı Tarağayın oğlu Teymur) olub. Çağatay və monqol dilində Temür və ya Temir sözləri "dəmir" mənasını verir. Orta əsr rus mənbələrində Teymurun adı "Axsaq Teymur" kimi də qeyd olunub.

Çingizlilər sülaləsindən olmadığı üçün Teymur formal olaraq böyük xan titulu daşıya bilməzdi. Elə buna görə də o, özünə əmir (tayfa başçısı) titulunu götürür. 1370-ci ildə Çingizlilər sülaləsi ilə qohumlaşan Teymur özünə Gürkan [3] (fars. Timūr Gurkānī, تيموﺭ گوركانی‎) titulunu götürür. Gürkan monqol dilində kuruqen və ya xurqen sözünün fars dilində olan variantıdır və tərcüməsi "kürəkən" deməkdir. Ardı »

Azərbaycanla bağlı tayfa və qəbilələr‎Quqarlar

Quqarlar — indiki Gürcüstanın Axalkalaki, Lori, Dmanisi, Ermənistanın Quqark rayonunun ərazilərində yaşayırdılar. Fransız tarixçisi Sen-Martinə görə buraya Quqark əyaləti ilə Ağstafaçayın yuxarı hövzəsi, Lori, Axuryan çayı sahilləri, Axalkalak, Tumanis, Göyəzən və b. mahallar daxil idi.

Erməni mənbələrində Qexarkunik kimi yazılan bu əyalət erməni tarixçilərinə görə, Ermənistanın indiki Kamo, Martuni, Basar keçər, Sevan və Razdan ərazisini əhatə edirdi. Bəzi tədqiqatçıların fikrincə Quqark Gürcüstanın indiki Borçalı və Axalsıx rayonlarının qədim adıdır . K. V. Trever Qoqarenanın Albaniya-İberiya sərhəddində yerləşdiyini yazır Ardı »

Azərbaycanla bağlı tayfa və qəbilələr‎Sultan Cahangir bəy

Həyatı[redaktə]
Cəlaləddin Əli bəyin oğludur. Qara Yuluq Osman bəyin ölümündən sonra düyərlilər Misir məmluk sultanın əmri ilə Amid yörəsinə hücum еtdilər. Bu hücumundan xəbər tutan Əli bəyin oğlu Cahangir bəy Amiddən çıxaraq düyərlilərin üstünə yürüdü. Gənc şahzadə təcrübəli adamlardan düşmən üstünə "Hazırlıqsız gеtmək olmaz" şəklində tövsiyyələrinə qulaq asmadı. Buna görə də ağır bir vuruşmada ağqoyunlulardan çox adam qırıldı. Cahangir bəy isə bəzi yaxınları ilə birgə əsir düşdü. Göycə Musa bəy Düyərli Cahangir bəyi qandalladıb, Qahirəyə göndərdi. Cahangir bəy 840-cı ilin 17 məhərrəmində (1 avqust, 1436-cı il) Qahirəyə gətirildi. Ancaq sultan Bars bəy ağqoyunlu şahzadəsinə şəfqət göstərdi və atası tərəfindən sədaqətinin təminatı olaraq Ardı »

Azərbaycanla bağlı tayfa və qəbilələr‎Ağqoyunlu dövləti - Xarici dövlətlərlə münasibət

Ağqoyunlu dövləti Avropa ilə geniş əlaqə yaratmışdı. Ağqoyunlu dövlətinin Qərb ölkələri ilə belə geniş əlaqə yaratmaqda məqsədi beynəlxalq ticarət əlaqələrini, ilk növbədə ipək ticarətini səhmana salmaq və ordunu müasir silahlarla təchiz etmək idi. Ağqoyunluların xarici siyasətində əsas istiqamət Osmanlı imperiyası ilə münasibətlər təşkil edirdi. Fateh Sultan Mehmet ipəyin daşındığı Avropa-Şərq ticarətində vasitəçiliyin Osmanlı dövlətinə keçməsinə çalışırdı.II Mehmet tərəfindən Kiçik Asiyanın şərqinin tutulması Ağqoyunlu dövləti üçün ciddi təhlükə törətdi.Münasibətlərin kəskinləşməsində Trabzon məsələsi də az rol oynamadı. Həsən bəy Bayandur Trabzon imperiyasının (1204-1461) imperatoru IV İohanın qızı Feodora (Dəspinə xatun) ilə evlənmişdi. [9][10]Ağqoyunlular Trabzona öz mülkləri kimi baxırdı.Trabzon Ağqoyunlu tacirlərinin Qara dənizə yeganə Ardı »

Azərbaycanla bağlı tayfa və qəbilələr‎İppuliya

İ p p u l i y a – türkcə ip – bacarıqlı, mahir, istedadlı, qabiliyyətli və bul, bol, (mixi yazıda -o və -u səsləri eyni işarə ilə yazılırdı) – mərd, qoçaq, igid sözlərindəndir. Erkən orta əsrlərdə bolqar xanı İsbul, Hun şahzadəsi Bel (yazılışı yunancadır –, Hun xaqanı Bleda (yazılışı yunancadır, bol, bul və ata sözlərindən), Xəzər xaqanı Blucan, Xəzər xaqanı Bulan, qıpçaqlarda Boluş, türk xaqanlarından Pulixan (türk xaqanlığında VI əsrdə Toboxanın qardaşı), VII əsrdə xəzərlərdə Bulişad, IX əsrdə uyğurlarda Bulixan[24], XIII əsrdə monqollarda Buluqan, XVIII əsrdə karakalpaklarda Puliçik, Koroğlu dastanında Bolubəy və b. şəxs adları ilə müqayisə olunur. Ad bacarıqlı Ardı »

Azərbaycanla bağlı tayfa və qəbilələr‎Nurməmmədli (Aslandüz)

Nurməmmədli — Cənubi Azərbaycannın Ərdəbil ostanının Parsaabad şəhristanının Aslandüz bəxşində inzibati ərazi vahidində kənd.

Tarixi[redaktə]
Nurməmmədli öncə qışlaq olub. Bu qışlaq Şahsevən elinin Hacıxocalı oymağına məxsus idi. 1979-cu ildə İran İslam İnqilabından sonra oymaq əhli qışlaqlarında həmişəlik əyləşib, kənd biçiminə keçdi. Ardı »