beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Üləma sultan Təkəli

Həyatı
O, əvvəllər Osmanlı ordusunda sipahi olmuş, 1511-ci ildə Şahqulu üsyanında iştirak edərək, Azərbaycana gəlmiş, Səfəvilərin xidmətinə keçmiş, dövlət vəzifələrinə irəli çəkilmiş və I Şah Təhmasib zamanında Azərbaycan əmirülümərası təyin olunmuşdu .

Tarixçi Əbdi bəy Şirazi yazır: "Pələng ilində (1530-cu ildə) Xorasana yürüĢ ortalığa çıxdıqda o (Cuhə Sultan), Azərbaycanın əmirül-ümərası idi. 300 nəfəri Xorasana cəza dəstəsi kimi göndərdi. Aləmi tutan ordu (Şah Təhmasibin ordusu) qışlamaq üçün İsfahanda olarkən, Sam mirzə və Hüseyn xan Şirazda ikən Ülamə Təbrizə gələrək, Təbrizin darğalığını ələ keçirmək istədi. Şahın Təbrizdə olan xüsusi atlarını ələ keçirdi. Bundan əlavə zərlə iĢləmək sənəti üçün alınıb, (M-233b) Təbriz zərlə işləyənlərinə tapĢırılan Ģahın bəzi kənizlərini öz mülazimlərinə verdi. Təbriz fərraĢxanasında olan Ģaha məxsus rəsmlər çəkilmiĢ çadırı çıxarıb öz baĢının [üstünə] vurdu. ġah Təhmasibin yaxın adamlarının Təbrizdə və o ətrafda qalmıĢ sunukə mallarına yiyələndi. Bununla bərabər Özkəmər bəy Zülqədər ilə müxalifət barədə söhbət edib Təbrizdən çıxdı. Bir-birinin namusuna təcavüz etməkdə həddi-hüdudu aĢan, buna təəssüflənməyən və bu səbəbdən parlər adlandırılan, dinsizlik və kafirlikdə məlum və məĢhur olan Sarulu tayfasının adamlarından bəzilərinə seçmə əmirlik rütbələri verməklə hamısını öz tərəfinə çəkdi".

1531-ci ildə Təbriz bəylərbəyi Üləma sultan Təkəli xəyanət edərək öz əsgərləriylə Osmanlıya qaçdı. Daha sonra Üləma sultan Sultan I Süleymanı Azərbaycana yürüşə təhrik etdi.

İskəndər bəy Türkman yazır: "Amma ən aşağı mərtəbədən yüksək dərəcəyə çatmış Azərbaycan əmirülümərası Ülamə Təkəlü qane olmayıb, Çuxa sultanın yerinə vəkil və səltənətin idarəedicisi ("muxtarüssəltənə") olmaq fikrinə düşdü. Bu xam xəyalla o, tayfa və qoşunu ilə hökmdar ordusu tərəfə hərəkət etdi. Cənnətməkan şah onun fitnəkar xəyalından xəbərdar olub, onun üzərinə hücum etdi. Adı çəkilən (Ülamə Təkəlü) o həzrətin əzəmətindən qorxuya düşərək, ildırım və külək sürəti ilə Azərbaycana qaçıb, özünü Van qalasına saldı və [oraya] sığındı. O, orada bu dövlətdən üz çevirərək, Rum padşahı Sultan Süleymandan razılıq alıb, İstanbula getdi. O, orada fitnə-fəsadı təhrik etməyə baĢladı. Sultan Süleyman dörd dəfə Əcəm diyarına qoşun çəkərək, hədsiz-hesabsız ordu ilə gəldi: ilk dəfə Ülamənin təhriki ilə..."

Tarixçi Oqtay Əfəndiyev yazır: "Hicri 937 (1530-1531)-ci ildə təkəlilər Azərbaycanın cənub hissəsinin hakimi (əmir əl-üməra) Üləma bəy Təkəlinin şəxsində vəkil vəzifəsini tutmaq üçün daha bir uğursuz cəhd etdilər. Müqavimətə rast gələn Üləma şaha qarşı üsyanh etdi, Təbrizi çapıb taladı və tayfasının bir hissəsi ilə Türkiyəyə getdi. Sonralar, Üləma bəy Sultan Süleymanın Azərbaycana yürüşlərində iştirak etmişdir".

Hicri 938 (1531-1532)-ci ildə Üləma bəy Diyarbəkirin Osmanlı hakimi Fil Yaqub paşanın 50 min nəfərlik qoşununun köməyilə yerli hakim Şərəf xanı Bidlisdən sıxışdırıb çıxartdı və o da yardım üçün qızılbaş sarayına müraciət etdi. "Təzkirə"də deyilir ki, Şah Təhmasib öz müvəkkili İstanbula göndərib Üləma bəyin təslim olunmasını tələb etdi. Lakin sultan rədd cavabı verdi və öz növbəsində Şərəf xanın ona təslim olunması tələbini irəli sürdü. Şah sultanı barışdırmağa daha bir dəfə cəhd göstərərək vəkil Hüseyn xan Şamlının başçılığı ilə yeni elçi heyətini onunla danışığa göndırdi. Lakin Üləma bəyi Şərəf xanla dəyişmək təklifi qəbul olunmadı. Sultan barışmaz mövqe tutdu. Belə olduqda şah Üləmaya qarşı qoşun göndərib Bidlisi geri aldı. Bundan az sonra qızılbaşların Übeydulla xana qarşı Xorasana yürüşündən istifadə edən Üləma bəy hicri 940 (1533)-cı ildə təkrarən Bidlisə hücum etdi. Şərəf xan öldürüldü, şəhər Üləmanın əlinə keçdi.

Əslində hicri 938-ci ildə Üləma sultan Təkəli Şərəf xanı öldürmür. Bunu Əbdi bəy də təsdiq edir. O, yazır: "Balıq ili (mart.1532 – mart 1533) – 938-ci ilin əvvəlləri və 939-cu ilin axırları (1531 – 1533) da Kürdüstanın Bidlis [vilayətinin] idarəsini Ruma getmiş Ülaməyə verdilər. O, Diyarbəkr bəylərbəyisi Fil paşa ilə birlikdə Bidlis və İmadiyyə hakimi Şərəf bəy Rujəki Kürdün [üstünə] gəldi. Şərəf bəy dünyanın pənahı [Şah Təhmasibin] dərgahına pənah gətirərək, nəvaziş tapdı və xanlıq vəzifəsi ilə şərəfləndi". Şərəf xan hicri 940-cı ildə öldürülür.Əbdi bəy Şirazi yazır: "940-cı ilin aylarında (23.VII.1533-12.VII.1534) Ülamə Bidlis şəhərinin üstünə gəldi. Kürd Şərəf xan Acə sultan Qacar və Şərəf xana kömək edən, onunla dost olan əmirlərlə müharibə etdi və bu vaxt Şərəf xan öldürüldü".

940-cı ilin aylarında (23.VII.1533-12.VII.1534) Ülamə Bidlis Ģəhərinin üstünə gəldi.249 Kürd ġərəf xan Acə Sultan Qacar və ġərəf xana kömək edən, onunla dost olan əmirlərlə müharibə etdi və bu vaxt ġərəf xan öldürüldü.

Üləma ilə əlaqəsi olan bəzi qızılbaş əyanları Səfəvilərə xəyanət edərək düşmənin tərəfinə keçdilər. Məsələn, Musa sultan Mosullunun vəziri Xacə Şahqulu öz adamlarını sultanın yanına göndərərək onu Təbrizə dəvət etmişdi. Qəfildən yaxalanmış Musa sultan qoşunların arasında yayılmış taun xəstəliyi üzündən paytaxtı tərk etməyə məcbur oldu. Üləma bəy, Osmanlı qoşunları ilə Təbrizə daxil oldu. Bir neçə gündən sonra İbrahim paşa şəhərin yaxınlığında öz düşərgəsini saldı. Üləma Ərdəbilə, Osmanlı sərkərdəsi Xosrov paşa isə Əlincə qalasını ələ keçirməyə göndərildi. Cənubi Azərbaycanın bir çox yerləri türklər tərəfindən tutuldu.

1535-ci ildə Üləma sultan Təkəli yenidən osmanlılara öncüllük etmişdi.Tarixçi Oqtay Əfəndiyev yazır: "Qalada mühasirəyə düşmüş osmanlılara yardım göstərmək üçün sultan Diyarbəkir hakimi Məhəmməd paşanı və Üləmanı 2 min nəfərlik yeniçəri və 10 minlik süvari ilə ora göndərdi. Onlar Vostan yaxınlığında türkman tayfasından olan şah qorçiləri ilə qarşılaşdılar. Xain Üləmanın yaxınlıqda olması xəbərini alan şah 2 min nəfərlə onun üzərinə yeridi.

Üləmanın dəfələrlə xəbərdarlıq etməsinə baxmayarq, Məhəmməd paşa özünün sayca üstünlüyünə arxalanıb yenişəriləri ön sırada yerləşdirərək qızılbaşlarla döyüşə girməyi qərara aldı. Lakin Şiraz hakimi Qazi xan Zülqədər türkman və zülqədər tayfalarından olan qorçılər dəstəsi ilə düşmənə hücum etdi. Həsən bəy Rumlunun sözləri ilə desək, "bir anda dörd yüzə qədər türk qızılbaşlar tərəfindən öldürüldü və onların başları şah atının ayaqları altına atıldı". Sultanın bir neçə əyanı əsir alındı".

1548-ci ildə Azərbaycana yürüş edən I Süleymanın bələdçisi yenə Üləma sultan Təkəli idi.Tarixçi Oqtay Əfəndiyev yazır: "Xainlər- Üləma bəy və Əlqas mirzə Sultan ordusunu müşayiət edirdilər. Həsən bəy Rumlunun yazdığına görə, Süleyman Azərbaycana Ərzurum-Xoy-Təbriz yolu ilə gəlmişdi. Üləma türklərin dəstəsi ilə Van qalasını tutmaq üçün göndərildi. Sultan Mərənddə qızılbaşlara hücum etmək üçün 40 minlik qoşunla Xoydan hərəkət edəcək bir sıra paşaları (o cümlədən Əlqas mirzəni) ayırdı. Osmanlı qoşunları Abdulla xan Ustaclının, Şahverdi sultan Ziyad oğlunun və Əli sultan Təkəlinin başçılığı ilə irəlidə olan qızılbaş hissələri ilə toqquşdular. Şahverdi sultan döyüşdə böyük igidlik göstərdi. Qızılbaşlar Osmanlıların üstün qüvvələrinin təzyiqi altında şahın Eşkəmbərdə yerləşən qərargahına geri çəkilməyə məcbur oldular. Şah Eşkəmbər çayının sahillərini tərk etdi, onunla Xuzistan, Fars, Kirman və İraq əmirlərinin birləşəcəyi yerə-Əhər çayına tərəf geri çəkildi".

Ailəsi
Ülama sultanın Bahəddin bəy adlı oğlu vardı.


Tarix: 13.01.2015 / 19:12 Müəllif: Feriska Baxılıb: 204 Bölmə: Azərbaycanla bağlı tayfa və qəbilələr‎