beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Uluqbəy Həyatı

Onun adını bütovlükdə Sultan Al əüd dövlə Uluq bəy Gurkan kimi yazırlar. Əmir Teymurun oğlu Sultan Şahruxun 1394-cü ilin martın 22-də, yəni xalqımız üçün əziz bir gündə, Novruz bayramında Azərbaycanın Sultaniyyə şəhərində doğulan ilk oğluna Muhamməd Torağay adı qoyurlar.

Hökmdar nəslindən olan gənci də qısaca olaraq Turğay Mirzə deyə çağırılır. Sarayda hər cür qayğı ilə əhatə olan Turğay Mirzəni gələcəyin hökmdarı kimi tərbiyə etməyə çalışırlar. Lakin yaşıdlarından dərin zəkası, məntiqi, iti hafizəsilə seçildiyinə görə elmə və sənətə daha çox meyl edir. Yeniyetməliyindən şeirlər yazır, Qurani-Kərimi əzbərdən bilən hafiz kimi tanınır.


Tarix: 13.01.2015 / 19:01 Müəllif: Feriska Baxılıb: 86 Bölmə: Azərbaycanla bağlı tayfa və qəbilələr‎