beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Rüstəm bəy Rüstəmbəyov

Həyatı
Rüstəm bəy Gülməmməd bəy oğlu 1807-ci ildə Şuşa şəhərində anadan olub. İbtidai təhsilini molla yanında almış, sonra mədrəsədə oxumuşdu. Mehdiqulu xan Cavanşirə xidmət etmişdi. 1822-ci ildə xan İrana qaçandan sonra Rusiya idarələrində işləmişdir.

1826-cı ildə üsyan edən Qarabağ bəylərinə qoşulmuşdu. Mehdiqulu хanın yanına qaçarkən yolda yaralanmışdı. Onu yaralı halda Vərəndə mahalının Çanaqçı kəndinə gətirmişdilər. Sağalandan sonra qəza idarəsində işləmişdi. Poruçik rütbəsindən kapitan rütbəsinədək ucalmışdı.

Sankt-Peterburqdan Qarabağa yoxlama gəlmiş, nəticə haqqında məruzə hazırlanmışdı. Xoşməramlı bəylər arasında onun və qardaşı Ağa bəyin adı göstərilmişdi.

II Rüstəm bəy mülkədar idi. Kəranə kəndi onun mülkü idi.



Ailəsi
Rüstəm bəyin Abdulla bəy, Süleyman bəy adlı oğlanları vardı.


Tarix: 13.01.2015 / 18:23 Müəllif: Feriska Baxılıb: 53 Bölmə: Azərbaycanla bağlı tayfa və qəbilələr‎