beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Oruc bəy Bayat

Həyatı
Bəzi tədqiqatçıların fikrincə, Oruc bəyin 1560-cı ildə doğulduğu ehtimal olunur. Onun atası, türk-qızılbaş tayfalarından olan məşhur Bayat soyunun nümayəndəsi Sultanəli bəy Səfəvi şahı Məhəmməd Xudabəndənin (1578-1587) və onun oğlu Həmzə Mirzənin yaxın adamlarından olub.

Xudabəndənin hakimiyyəti illərində az qala bütün Azərbaycan Osmanlı imperiyası tərəfindən işğal olunmuşdu və səfəvi hakimlərinin bütün cəhdləri ilk növbədə Təbrizin azad olunmasına yönəldilmişdi. Gənc Oruc bəy atası ilə birlikdə Təbriz uğrunda döyüşlərdə iştirak edir 1585-ci ildəki belə döyüşlərdən birində atası Sultanəli bəy Bayat həlak olur və onun öz hesabına topladığı 300 nəfərlik dəstənin komandanlığı Oruc bəyə tapşırılır. Bundan sonra Oruc bəy Həmzə Mirzənin apardığı bir sıra əməliyyatlarda iştirak edir.


Tarix: 13.01.2015 / 16:45 Müəllif: Feriska Baxılıb: 43 Bölmə: Azərbaycanla bağlı tayfa və qəbilələr‎