Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Qaragözlü oymağı

Qaragözlü oymağı — Bəydili boyunun Şamlı elinin oymağı. Əsasən Həmədan əyalətinin ətrafında yaşayırlar. Qacarlar dövründə bu əyalətə Qaragözlü oymağından çıxan hakimlər başçılıq edirdilər. Qaragözlü oymağının Hacılı, Aşıqlı və başqa tayfaları var. Oymağın bir çox şəxsiyyətləri İranın ictimai-siyasi həyatında mühim rol oynayıblar.

Bu oymağının nümayəndələrindən Hacı Abdulla xan Qaragözlünün, Hacı Məhəmməd xan Qaragözlünün, Həsən xan Qaragözlünün, Məhəmmədhüseyn xan Qaragözlünün, Əbülqasım xan Qaragözlünün, Hacı Məhəmmədcəfər Məczubun və başqalarının adı məlumdur.

Qaragözlü oymağının adı ilə bağlı Azərbaycanda toponimlərə rast gəlinir.

Hacı Məhəmməd xan Qaragözlü bu oymağın bir tirəsini Qaradağ vilayətində yerləşdirmişdi.


Tarix: 14.01.2015 / 17:22 Müəllif: Feriska Baxılıb: 46 Bölmə: Azərbaycanla bağlı tayfa və qəbilələr‎
loading...