beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Dondarlar

Azərbaycan türklərinin təşəkkülündə mühüm rol oynamış türk tayfalarından biri də dondarlardır. Şimali Qafqaz çöllərində dondarları qədim müəlliflər hələ e.ə. V əsrdə qeyd etmişlər. Onların Azərbaycanda (Qafqaz Albaniyasında) məskunlaşma tarixi məlum deyil. Azərbaycanda bir neçə Dondarlı kəndi və Dondardağ dağı var. Q.Qeybullayev qeyd edir ki, Şuşa toponimi də dondarların dilinə mənsubdur. II əsr müəllifi Tatsit (XII,6) Şimali Qafqazda dondarların Şoşu şəhərinin adını çəkir. Latın dilində "Ş" səsi olmdığına görə, müəllif onu Sosu (əslində Susu) kimi yazmışdır. XIX əsrin əvvəllərində Qarabağda üç Şuşa (həmçinin Şimali Qafqazda bir neçə) toponimi məlumdur.


Tarix: 15.01.2015 / 18:09 Müəllif: Feriska Baxılıb: 32 Bölmə: Azərbaycanla bağlı tayfa və qəbilələr‎