Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Əmir Teymur - Tərcümeyi-hal

Uşaqlıq və gənclik
Teymur 1336-ci ilin 9 aprel tarixində, Mərkəzi Asiyada Keş (hal-hazırda Şaxrisabz, Özbəkistan) şəhərinin yaxınlığındakı Hoca-İlqar kəndində dünyaya gəlib.

Onun uşaqlıq və gənclik illəri Keş dağlarında keçib. Gənc olarkən Teymur ov etməyi, at yarışlarını, nizə tullamağı və ox atmağı çox sevirdi. O, hələ uşaq olarkən hərbi oyunlara böyük maraq göstərirdi. Tarağayın yanında qulluq edən atəbəylər 10 yaşından etibarən Teymurun tərbiyəsi ilə məşğul olmağa başlayıblar. Onlar Teymura idman oyunlarını və hərb sənətinin sirlərini dərindən öyrədiblər. Teymur çox cəsur və təmkinli insan olub. Ayıq mühakimə yürütmək keyfiyyətinə malik olan Teymur ən çətin anlarda ən düzgün qərarları qəbul etməyi bacarıb. Xasiyyətinin bu xüsusiyyətləri insanları ona cəlb edirdi. Teymur barədə mənbələrdə olan ilk məlumatlar 1361-ci ildən etibarən onun siyasi fəalliyyətə başlması ilə meydana gəlib.


Tarix: 13.01.2015 / 19:08 Müəllif: Feriska Baxılıb: 56 Bölmə: Azərbaycanla bağlı tayfa və qəbilələr‎
loading...