Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Səlim bəy Rüstəmbəyov

Həyatı
Səlim bəy Ağa bəy oğlu 1847-ci ildə Şuşa şəhərində anadan olmuşdu. Kapitan Gülməmməd bəy Kəbirlinin nəvəsidir. Şuşa qəza məktəbində oxumuşdu. 1874-cü ildən 1882-ci ilədək Şuşa qəzasında polis pristavı, 1883-cü ildən 1888-ci ilədək Cəbrayıl qəzasında polis pristavı, 1890-cı ildən 1894-cü ilədək Cəbrayıl qəzasında rəsin böyük köməkçisi, 1896-cı ildən Zəngəzur qəzası polis idarəsinin rəisi, 1903-cü ildə Zəngəzur qəzası həbsxana komitəsində qəyyum, 1904-cü ildə Cəbrayıl qəzasında barışdırıcı münsif, 1910-cu ildə Zəngəzur qəzası polis idarəsinin rəisi və sərhəd komissarının müavini vəzifələrində çalışmışdı.

Səlim bəy Rüstəmbəyov Cəbrayıl, Böyük Bəhmənli kənd məktəblərinin hamisi idi.


Tarix: 13.01.2015 / 18:39 Müəllif: Feriska Baxılıb: 33 Bölmə: Azərbaycanla bağlı tayfa və qəbilələr‎
loading...