Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Serqo Zakariadze

Serqo Aleksandroviç Zakariadze (gürc. სერგო ზაქარიაძე) — Sovet və gürcü aktyoru, SSRİ xalq artisti (1958).

Həyatı

Serqo Zakariadze 1 iyul 1909-cu ildə Bakıda anadan olmuşdur.

Tbilisi Universitetinin filologiya fakültəsində təhsil almışdır. 1926-cı ildə yardımçı heyətin əməkdaşı kimi Rustaveli adına teatra daxil olur.

1928-1930-cu illərdə Kutaisidə K.A. Mərcanişvilinin təşkil etdiyi teatrın aktyoru olur. 1930-cu ildə teatr kollektivi ilə birlikdə Tiflisə köçmüşdür. 1956-cı ildə isə o, yenə də Rustaveli adına teatra qayıdır.

1955-1960-cı illərdə Gürcüstan teatr institutunda səhnə danışığı mövzusunda pedaqoji iş aparmışdır.

Serqo Zakariadze yaradıcılığında öz fikirlərini inadla və cəsarətlə həyata keçirirdi. O, öz qəhrəmanlarının xarakter cizgilərini məharətlə tapırdı. Onun ifasında həm dramatik, həm xarakterik, həm də komik rollar gözəl alınırdı.

Serqo Zakariadze 13 aprel 1971-ci ildə Tbilisidə vəfat etmişdir.

Filmoqrafiya
Sonuncu səlibçilər (1935)
Dariko (1936)
Vətən (1939)
Dostluq (1941)
Georgi Saakadze (1942)
Kutuzov (1943)
Keto və Kote (1948)
Albaniya Skanderbeqin böyük müharibəsi (1953)
Sonuncu gün, birinci gün (1959)
Dəniz yolu (1962)
Paliastomi (1963)
Əsgər atası (film, 1964)
Keçmişlə görüş (1966)
Tezliklə yaz gələcək (1967)
Qəm eləmə (1969)
Vaterloo (1970)


Tarix: 23.02.2013 / 16:56 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 311 Bölmə: Aktyorlar
loading...