beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Jan Reno

Jan Reno (fr. Jean Reno) — Fransa aktyoru.

Həyatı

İspan mənşəli fransız aktyoru Jan Reno 30 iyul 1948-ci ildə Kasablankada anadan olmuşdur. O zaman onun adı Xuan Moreno idi. 1960-cı ildə Moreno ailəsi Avropaya qayıdır. Onlar general Frankonun idarə üsuludan xilas olmaq üçün Andalusiyadan Mərakeşə qaçmış və Fransaya köçmüşdülər. Jan Reno vətəndaşlıq əldə etmək üçün fransız ordusunda xidmət etməli olmuşdur. 1970-ci ildə o, Rene Simonun studiyasında aktyor sənətini öyrənmişdir. O, debütünü 1974-cü ildə televiziyada etmiş, sonradan teatrda işləmiş, 1978-ci ildə isə rejissor Raul Ruisin "Oğurlanmış şəkilin fərziyyəsi" filmində çəkilmişdir. Jan Renonun kino karyerası o qədər də uğurlu olmur. Bu, 26 yaşlı rejissor Lük Bessonla görüşə qədər belə olur. Bu tanışlıq nəticəsində Besson 1983-cü ildən başlayaraq bir çox filmlərində Jan Renonu çəkir. "Tunel" filmi təkcə gənc Bessona şöhrət gətirmədi, həm də Jan Renonun ciddi aktyorluq fəaliyyətinin başlanğıcı oldu.

Lük Bessonun "Mavi dərinlik", "Nikita" və xüsusilə "Leon" filmlərindən sonra Jan Reno, bir aktyor kimi həm də Hollivudun diqqətini cəlb etdi. Aktyorun Hollivuddakı ən məşhur rolları "Qodzilla", "Ronin", "Da Vinçi şifrəsi" filmlərində olmuşdur. Onun "Matrisa" filmindəki agent Smit rolundan imtina etməsinin səbəbi "Qodzilla" filmində çəkilməyi idi.

Şəxsi həyatı

Jan Renonun həmişə qadınlar arasında xüsusi müvəffəqiyyəti var idi. O, 3 dəfə evli olmuşdur. Birinci nikahdan onun Sandra adlı qızı (1978) və Mikael adlı oğlu (1980) var.

Onlar Renonun polyak modeli Nataliya Dışkeviçlə macərası başlayanda boşandılar. Aktyorun Nataliya ilə nikahından oğlu Tom (1996) və qızı Serena (1998) dünyaya gəlmişdir. İkinci nikah 2001-ci ildə dağıldı.

2006-cı ilin iyulunda Jan rumın modeli və aktrisası Sofiya Borukla evlənir. Bu toyda aktyorun sağdışı, onun qonşusu və dostu Nikolya Sarkozi olmuşdu. O vaxt Sarkozi Fransanın daxili işlər naziri idi.

Jan Renonun 3 evi var: Paris, Los-Anceles və Malayziyada.

Filmoqrafiya
Oğurlanmış şəkilin fərziyyəsi (1979) / L’Hypothèse du tableau volé
İşıqlı qadın (1979) / Clair de femme
Vunderkind istəyirsiniz? (1980) / Voulez-vous un bébé Nobel?
Böyük manevrlər (1981) / Les Bidasses aux grandes manœuvres
Biz mələk deyilik, onlar da həmçinin (1981) / On n’est pas des anges… elles non plus
Sonuncu döyüş (1983) / Le Dernier Combat
Bizim əhvalat (1984) / Notre histoire
Telefon həmişə iki dəfə zəng çalır (1985) / Le téléphone sonne toujours deux fois
Tunel (1985) / Subway
Qırmızı ərazi (1986) / Zone rouge
Mən səni sevirəm (1986) / I Love You
Mavi dərinlik (1988) / Le Grand Bleu
Qızıl maskalı adam (1990) / L’Homme au masque d’or
Nikita (1990) / Nikita
Lulu Qraffiti (1991) / Loulou Graffiti
"Konservləşdirilmiş ət" əməliyyatı (1991) / L’Opération Corned-Beef
Gəlmələr (1993) / Les Visiteurs
Leon (film, 1994) / Léon
Fransız öpüşü (film, 1995) / French Kiss
Çətin tapşırıq (1996) / Mission: Impossible
Yaquar (film, 1996) / Le Jaguar
Məzarda yer (1997) / Roseanna’s Grave
Gəlmələr-2:Zaman dəhlizi (1998) / Les Couloirs du temps: Les visiteurs 2
Qodzilla (1998) / Godzilla
Ronin (1998) / Ronin
Gəlmələr Amerikada (2001) / Just Visiting
Vasabi (2001) / Wasabi
Rollerbol (2002) / Rollerball
Sevgi əhvalatı (2002) / Décalage horaire
Uğursuzlar (2003) / Tais-toi!
"Ruanda" mehmanxanası (2004) / Hotel Rwanda
Korsikalı (2004) / L’Enquête corse
Canavarlar imperiyası (2005) / L’Empire des loups
Pələng və qar (2005) / La Tigre e la neve
Çəhrayı panter (2006) / The Pink Panther
Da Vinçi şifrəsi (film, 2006) / The Da Vinci Code
Çəhrayı panter 2 (film, 2009) / The Pink Panther 2
İnkassator (2009) / Armored
Marqaret (2010) / Margaret


Tarix: 07.02.2013 / 19:47 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 482 Bölmə: Aktyorlar