beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Dağlar Rüstəmov

AktyorMündəricat
1 Həyatı
2 Filmoqrafiya
3 Mənbə
4 Həmçinin bax


Həyatı

Rüstəmov Dağlar Dahad oğlu (22.08.1958) 1992-ci ildə Azərbaycan Dövlət İncəsənət Universitetinin "Teatr kollektivinin rəhbəri" fakültəsini bitirib. 24 noyabr 1977-ci ildən Sumqayıt teatrının aktyorudur.

Teatrda işlədiyi dövrdə D.Rüstəmov onlarla müxtəlif xarakterli obrazlar yaratmışdır. Oynadığı rollardan Dilənçi, Deputat ("A.Babayev "Kim nə deyər bizdə olan qeyrətə" və "Xilaskar"), Məsi killer (Ə.Qiyas "Qarışqa yuvası" və "Cəhənnəm ekspresi"), Qara, Rejisor, Sarkis (Ə.M.Lələdağ "Tələ", "Qorxaq" və "Dağlarda tufan"), Qəzetsatan ( Ş.Qurbanov "Milyonçunun dilənçi oğlu"), Mıqqı (J.Məmmədquluzadə "Danabaş kəndinin əhvalatları"), Tuzar (G.Xuqayev "Bir köpək vardı…"), Orxan (T.Vəliyeva "Mənim ağ göyərçinim"), Nağı (M.İbrahimov "Yaxşı adam"), Padşah (Anar "Yaxşı padşahın nağılı"), Baş vəzir (F.Həsənqızı "Anası öpməyən qız"), Seyfi, Jamal (İ.Məlikzadə "Subaylarınızdan görəsiniz" və "Gəl qohum olaq"), Milqum (Ç.Aytmatov "Ümid sahili"), Uzunqulaq (L.Ustinov "Cəsur qurbağa"), Natiq (M.Haqverdiyev "Fədakarlıq"), Padşah (Z.Xəlil "Balqabaq padşahın nağılı"), Nəcəf (M.F.Axundov "Hekayəti xırs quldurbasan"), Dəmrçi (M.Müşfiq "Şəngülüm Şüngülüm, Məngülüm"), Komisar və Əbdüləli bəy(N.Hikmət "Bayramın birinci günü") və s. göstərmək olar.

D.Rüstəmov "Yük" filmində tanınmış komik aktyorumuz Cahangir Zeynalovun obrazını özünəməxsus şrixlərlə yarada bilmişdir. Bundan əlavə o, "Murad bağı"-nda canlı və "Yanmış körpülər" teleserialında Vahid rollarını da oynamışdır.

Filmoqrafiya
Murad-Sad (film, 1988)
Yük (film, 1995)
Lal (film, 2003)
Yanmış körpülər (film, 2003)


Tarix: 31.01.2013 / 20:35 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 439 Bölmə: Aktyorlar