Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Brayan Tompson

Brayan Tompson (ing. Brian Thompson; 28 Avqust 1959, Ellensburq, Vaşinqton) — ABŞ aktyorudur.Mündəricat
1 Həyatı
2 Şəxsi həyatı
3 Filmoqrafiya
4 Xarici keçidlər


Həyatı

Brayan Tompsonr 1963-cü ildə ABŞ-ın paytaxtı Vaşinqton ştatında dünyaya gəlmişdir. Onun anası fin əsilli, atası isə hindu əsillidir. Mərkəzi Vaşinqton Universitetinin "menecment" vəzifəsini bitirmişdir. Həmçinin, Kaliforniya Universitetini bitirərək incəsənət üzrə magistr dərəcəsini almışdır. 1981-ci ildən başlayaraq seriallarda çəkilməyə başlayır. 1984-cü ildə isə ilk dəfə olaraq Terminator filmində epizodik rolu ifa edir. 1986-cı ildə çəkilən Kobra filmində isə əsas qəddar qəhrəman olur. Film ilin ən pis filmi seçilərək "Qızıl moruq" mükafatına layiq görülür. Qəddar personaj roluna görə Brayan "Qızıl moruq" mükafatının iki nominasiyasına sahib olur. Amma buna baxmayaraq film böyük uğur qazanır. 1990-cı ildə "Cəsur ürək" filminə çəkilir. Filmdə əsas qəddar personajlardan biri olur. Bir neçə ildən sonra Çak Norris ilə birgə seriala çəkilir. Brayan Tompson film karyerası boyu məşhur aktyorla birgə filmə çəkilmişdir.

Şəxsi həyatı

Brayan Tompson İzabella Mastoraki ilə ailə həyatı qurmuşdur. Onların bir oğlu Cordan və bir qızı Dafni vardır. Ailə Los Ancelesdə yaşayır.

FilmoqrafiyaİlFilm
1984Terminator
1985Detektiv agentliyi "Ay işığı"
1986Kobra
1986Üç Amiqo!
1990Ay-44
1990Cəsur ürək
1991Ted və Venera
1992Namus və qəzəb
1993Uoker, Texas reynceri
1996Əjdaha ürəyi
1995—2000Məxfi materiallar
1997Ölümcül döyüş 2: Məhv etmək
1997—1998Vampir qatili Baffi
2000—2003Heyran edilən
2005Hərbi-dəniz Cinayət Təhqiqatçı Xidməti
2009Çak
2009Kalifornikasiya


Tarix: 30.01.2013 / 19:37 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 413 Bölmə: Aktyorlar
loading...