Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Hit Ledcer

Hit Ledcer (ing. Heathcliff Andrew "Heath" Ledger; 4 aprel 1979, Pert, Avstraliya – 22 yanvar 2008, Nyu-York, ABŞ) — məşhur avstraliyalı aktyor.

Həyatı

17 yaşında məktəbi bitirən Hit dostu ilə birlikdə Sidneyə yola düşür. 1996-cı ildə yerli teleserialların birində kiçik bir rol alan gənc aktyoru tezliklə ABŞ-a dəvət edirlər. Burada o "Mənim nifrətimin 10 səbəbi" adlı komediya filmində çəkilir. 2000-ci ildə Mel Gibsonla bərabər "Vətənpərvər" filmində çəkildikdən sonra aktyorun ulduzu parlayır. 2005-ci ildə Hit Ledcer karyerasının zirvəsinə yüksəlir. "Qrim qardaşları" və "Qozbel dağ" filmləri ona böyük uğur gətirir.

Aktyor karyerasının yüksəliş mərhələsini yaşadığı zaman qəfil ölümü hamını şoka salır. 22 yanvar 2008-ci ildə aktyor Nyu-Yorkdakı evində keçinmiş vəziyyətdə tapılır. Bir müddət sonra ölümün səbəbi açıqlanır. Məlum olur ki, aktyor kəskin intoksikasiyadan – ağrıkəsici, sakitləşdirici və depressiyaya qarşı olan dərmanların orqanizmdə verdiyi əks reaksiyadan dünyasını dəyişmişdir. Aktyorun cənazəsi Avstraliyaya göndərilmiş və 9 fevral 2008-ci ildə o doğma Pert şəhərində dəfn edilmişdir.

Uğurları və mükafatları

"Qozbel dağ" (2005) filmindən kadr
2005 — "Qozbel dağ" filmində ən yaxşı kişi roluna görə Avstraliya kinoinstitutunun mükafatı
2005 — "Qozbel dağ" filmində ən yaxşı kişi roluna görə "Oskar" mükafatına nominasiya
2009 — "Betmən: Qara cəngavər" filmində ən yaxşı ikinci plan kişi roluna görə "Qızıl Qlobus" mükafatı (ölümündən sonra)
2009 — "Betmən: Qara cəngavər" filmində ən yaxşı ikinci plan kişi roluna görə "Oskar" mükafatı (ölümündən sonra)

Filmoqrafiya

"Cəngavərin hekayəsi" (2001) filmindən kadr
1992 — Klounada / Clowning Around — epizodik rol
1993 — Gəmilər sahilə / Ship to Shore — velosipedçi
1997 — Qara qaya / Blackrock — Tobi Ekland
1997 — Pəncələr / Paws — Oberon
1997 — Evə və geriyə / Home and Away — Skott İrvin
1997 — Nifrətimin 10 səbəbi / 10 Things I Hate About You — Patrik Verona/Cowman
1999 — İki barmaq / Two Hands — Cimmi
2000 — Vətənpərvər / The Patriot — Qabriel Martin
2001 — Cəngavərin hekayəsi / A Knight's Tale — Uilyam
2001 — Bədheybətlərin rəqs gecəsi / Monster's Ball — Sanni Qrotovski
2002 — Dörd lələk / The Four Feathers — Harri Feverşem
2003 — Kellinin dəstəsi / Ned Kelly — Ned Kelli
2003 — Orden / The Order — Aleks Bernye
2005 — Doqtaunun sahibləri / Lords of Dogtown — Skip
2005 — Qrimm qardaşları / The Brothers Grimm — Yakob Qrimm
2005 — Qozbel dağ / Brokeback Mountain — Ennis Delmar
2005 — Kazanova / Casanova — Cakomo Kazanova
2006 — Kendi / Candy — Den
2007 — Mən orda yoxam / (I`m not There) — Bob Dilan
2008 — Betmen: Qara cəngavər / Batman: The Dark Knight — Coker
2009 — Doktor Parnasın təsvirləri / The Imaginarium of Doctor Parnassus – Tony


Tarix: 30.01.2013 / 19:54 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 518 Bölmə: Aktyorlar
loading...