beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Cenvey Van

Cenvey Van 1995-ci il 20 oktyabrda anadan olub. O Çin aktyorudur. Karateçi uşaq (film, 2010) filmindəki Çenq rolu ilə tanınıb.

Bioqrafiya

Cenveyin ailəsi əslində Handandandır, lakin yaxşı təhsil onları Pekinə gəlməyə vadar edir. Onun 4 yaşı olanda "Pekin Şiçahai Həvəskar İdman Məktəbi"nə gedir. O, məktəbə gedəndə zəif və xəstə idi. O, burada Kunq Funu öyrənməyə başlayır. Burada çox çətinliyə dözür, heç bir çətinlikdən şikayətlənmirdi.Onun yaşı az olmağına baxmayaraq, milli yarışlarda çox mükafat aldı.Üç il sonra onun atası onu Haidan Gimnaziyasına göndərdi və o milli uşunu öyrənməyə başladı.İki il sonra, onun 10 yaşı olanda, milli uşu komandası yeni üzvlər axtaranda o, 57 rəqibi üstələyir və B-Mannskaft milli uşu komandasına müvəffəqiyyətlə daxil olur.

FilmoqrafiyaİlFilmin adıRol
2010Karateçi uşaqÇenq


Tarix: 07.02.2013 / 20:26 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 182 Bölmə: Aktyorlar