beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Xəlil Hüseynov

Xəlil Hüseynov — Aktyor, Naxçıvan MR Əməkdar artisti

Həyatı

1967-ci ildən Naxçıvan teatrında aktyor işləyir. Orta təhsillidir.

1999-cu ildə Naxçıvan MR Əməkdar artisti fəxri adına layiq görülüb.

Teatrda işlədiyi müddətdə H.Cavid "İblis"də İxtiyar Şeyx, "Topal Teymur"da Divanbəyi, Ə.Nesin "Ölən adam "da Ölən adam, N.Nərimanov "Nadir şah"da Mirzə Mehdi, N.Həsənzadə "Atabəylər"də Əcəmi, "Pompeyin Qafqaza yürüşü"ndə Feofan, M.S.Ordubadi, S.Rüstəmov "Beş manatlıq gəlin"də Kəlbə Hüseynalı, Ü.Hacıbəyov "Ər və arvad"da Kəlbə Qubad, "O olmasın, bu olsun"da Həsən bəy, Elçin "Mənim ərim dəlidir"də Kişi, C.Məmmədquluzadə "Qurbanəli bəy"də Kəlbə Məmməd Hüseyn, G.Xuqayev "Mənim qaynanam"da Albadam və s. rollar oynayıb.

1999-cu ildə Naxçıvan MR.Əməkdar artisti, 2006-cı ildə Azərbaycan Respublikasının Əməkdar artisti fəxri adlarını alıb.

Filmoqrafiya
Tale yükü (film, 1997)a


Tarix: 05.02.2013 / 20:09 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 329 Bölmə: Aktyorlar