Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Xanlar Həşimzadə

Aktyor. Filmlərdə iştirak edən.

Həyatı

X.Haşımzadə 1975-ci ildən S.Rəhman adına Şəki Dövlət Dram Teatrında çalışır. Hal-hazırda teatrın aparıcı səhnə ustasıdır. 200-ə yaxın tamaşalarda müxtəlif səpgili obrazlar yaratmışdır. Oynadığı həm dramatik, həm də komik obrazlar nəinki Respublikamızda, hətta Kubada, Praqada, Moskvada, Kazanda, Tiflisdə, Yoşkar-Olada, Daşkənddə və Səmərqənddə də yüksək qiymətləndirilmişdir. İki dəfə "Qızıl Dərviş" mükafatı ilə təltif edilmişdir. X.Həşimzadə V.Şekspirin "Kral Lir" əsərində Fransız Kralı, Ə.Əylisli "Quşu uçan budaqlar" əsərində Mehdi Qulu, M.F.Axundovun "Hacı Qara" əsərində Hacı Qara, C.Məmmədquluzadənin "Dəli yığıncağı" əsərində Molla Abbas, H.Cavidin "İblis" əsərində İxtiyar, R.Stoyanovun "Ustalar" əsərində Qenco, B.Stratiyevin "Avtobus əsərində Məsuliyyətsiz, M.Bulqakovun "Usta və Marqarita" əsərində Pontiy Pilat, X.Eçeqarayın "Mahir aradüzəldənlər" əsərində Severo, S.Mrojekin "Xoşbəxt hadisə" əsərində Gəlmə Adam, E.De.Filipponun "Ruhlar" əsərində Paskyale Loyyokolo və bir çox əsərdə əsas rolların uğurlu ifaçısı olmuşdur. Oynadığı obrazları ilə tamaşaçıların məhəbbətini qazanmış Xanlar Həşimzadə günü-gündən öz ustalığını artırır.

Filmoqrafiya
Həm ziyarət, həm ticarət... (film, 1995)
Odla qol-boyun (film, 2002)
Şəki teatrında (film, 2006)
Kəndim+nizə qayıdın!? (film, 2007)
Bir ovuc torpaq (film, 2009)
Komediya səhnəsi (veriliş, 2009)
Yaddaş (film, 2010)


Tarix: 05.02.2013 / 20:07 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 306 Bölmə: Aktyorlar
loading...