beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Nodar Şaşıqoğlu

Aktyor. Arxiv kadrlar.Mündəricat
1 Həyatı
2 Filmoqrafiya
3 Şəkil
4 Həmçinin bax


Həyatı

O, təkcə bir filmin uğuru ilə Bakıya həmişəlik bağlandı. Saytla bağlı onula söhbətdən: 1927-ci ilin bu günü Tbilisidə dünyaya gəlib. Babası Acarıstanda tanınmış zadəganlardan olub. Atası isə çar zabiti. Əmisi, böyük aktyor Ülvi Rəcəb 1937-ci ildə repressiyaya məruz qaldı. Onun həyat yoldaşı Mərziyə Davudova da Azərbaycan teatr tarixində özünəməxsus iz qoyub. Yəni aktyorluq bizim ailəyə xas bir sənətdir. Əslimiz acarıstanlı olsa da, Tiflisdə yaşamışıq. Mən orada orta məktəbi, daha sonra Şukin adına Teatr İnstitutunu bitirmişəm. Oranı bitirdikdən sonra cəmi bir il Vaxtanqov adına teatrda işlədim. Moskva qısa zaman kəsiyində məni özünə cəlb etdi. 5-6 il Taqanka Teatrında çalışdım.

İlk rolum "Mosfilm"də Albaniya dövlətçiliyinin əsasını qoyan Georgi İskəndərbəyov haqqında çəkilən filmdə oldu. Orada mən türk imperiyasının əsasını qoyan Mehmet bəy Fatehi yaratdım. Sonra Sergey Paracanovun ilk rejissor işi olan "Andrieş" filmində baş rolu oynadım. Bu filmdən sonra "Odessa" kinostudiyasında çalışdım.

Yenidən teatra qayıtmağım məni kinoya daha sıx bağladı. Bir gün bizim məşqlərə rejissor Atamalıbəyov (O, "Uzaq sahillərdə" filminin ikinci rejissoru olub) gəldi. Mehdi Hüseynzadə roluna aktyor axtarırdılar. Təsadüfən oynadığım tamaşaya baxdı. O vaxt adım afişalarda Nodar Şaşıq kimi yazılırdı. Atamalıbəyovla tanış olanda təsadüfən özümü belə təqdim etdim: Nodar Şaşıqoğlu. Elə o vaxtdan da bu soyad rəsmiləşdi. Atamalıbəyov dedi ki, elə bizə sən lazımsan. "Sınaq çəkilişinə gəl, Tofiq Tağızadə sizinlə söhbət edər." "Uzaq sahillərdə" filmindən sonra dalbadal "Əsl dost", "Mateo Falkone", "Onun böyük ürəyi", "Bizim küçə", "Leyli və Məcnun" filmlərinə çəkildim. Yeri gəlmişkən, Məcnun mənim ən sevimli rolumdur. Bu obrazı bir də ona görə sevirdim ki, film rus dilində də səsləndirildi və mən səsləndirmədə öz səsimlə danışdım. Təbii ki, aktyor özü ifa etdiyi rolu səsləndirəndə effekt daha yaxşı alınır. Yeri gəlmişkən deyim ki, məni bütün digər filmlərdə səsləndirən gözəl aktyor Əli Zeynalovun işindən razı qalmışam.

Tələbəlikdən ürəyimdə gəzdirdiyim arzumu həyata keçirmək üçün Aleksandrisk Teatrına üz tutdum. Sənətə bu teatrın Çerkasov, Simonov kimi aktyorlarının ifasında "İvan Qroznı", "Birinci Pyotr" kimi möhtəşəm filmlərini görüb gəlmişdim. Teatra gəlib bildirdim ki, burada işləmək mənim çoxdankı arzumdur. Məşq zalında soruşdular ki, nə ifa edə bilərəm. Qiraət mənim ikinci peşəm olduğu üçün bu, çətin olmadı. Onu da deyim ki, mən Mayakovski, Lermontov, Yesenin, Qarsiya Lorka adına müsabiqələrin qalibi olmuşam. Aleksandrisk Teatrında ilk rolum Puşkinin "Kiçik faciələr" əsərində Don Juan obrazı oldu. Çoxlu əsas rollar oynadım. Amma ordakı məşqlərimə tez-tez Bakıya gəlişim mane olurdu. Dövlət tədbirləri keçirilərkən Heydər Əliyev məni Bakıya iştirak etmək üçün dəvət edirdi. Təsəvvür edin ki, Moskvada "Sirano De Berjerak" əsərində baş rolun məşqlərini yarımçıq qoyub Bakıya konsertə - şer oxumağa gəlirdim.

-"Uzaq sahillərdə"dən sonra bir andaca məşhurlaşdınız. Bu məşhurluq sizin rahat həyatınıza mane oldumu? - Mehdinin obrazı mənimlə eyniləşmişdi. Hamı əmin idi ki, biz eyni xüsusiyyətli insanlarıq. Amma mən Mehdi ola bilməzdim. Düzdür, mən hardasa mövcud şəraitdə özümü oynayırdım. Reyissorla Mehdinin obrazını üç hissəyə bölmüşdük: Mixaylo kişfiyyatçı-partizan, faşist və rəssam. Filmin premyerası "Nizami" kinoteatrında keçirildi. "Vətən"də göstəriləndə bilet almaq istəyənlərin növbəsi "Azneft"dən başlayırdı. Kinotetra yaxın durmaq mümkün deyildi. Biz o filmlə Daşkəndə festivala getdik. Film göstəriləndən sonra insanlar üstümə tökülüşdü. Tez məni maşında gizlətdilər. Kütlə sakitləşmədi, maşını qaldırıb apardı. İnanırsınız? Sonralar da Daşkəndə nə vaxt gedirdimsə, tamaşlarda adam əlindən yer olmurdu. Çox çətin idi. Azərbaycan.SSR xalq artisti (1983). Azərbaycan və Rusiyanın xalq artistidir. B.V.Şşükin ad. Moskva şəhərinin teatr-məktəbində savad almışdır. Moskvanın Y.Vaxtanqov ad. Taqankadakı teatrda, Leninqradın A.S.Puşkin ad. teatrda aktyor işləyib. "Mosfilm", "Dovjenko", "Odessa", "Azərbaycanfilm" kinostudiyalarda işləyib. M.Şaşiq-oğlu teatr səhnələrində Don Quan (A.S.Puşkin "Kiçik tragediyalar"), Sirano (E.Rostan "Sirano de Bercerak"), Kreont (Q.Qauptman "Antiqo-solntsa"), kinoda Zakir "Telefonçu qız", Rakov "Beş künc" , Məcnun "Leyli və Məcnun", Mixaylo "Uzaq sahillərdə", kimi obrazları yaradıb. 2003-cü ildən M.Şaşiq-oğlu S.Vurğun adına Rus Dram teatrına qayıdıb və teatrımızın səhnəsində Sorin (A.P.Çexov "Qağayı"), Kral Lir (U.Şekspir "Kral Lir") obrazları parlaq ifa edir.

Filmoqrafiya
Onun böyük ürəyi (film, 1958)
Uzaq sahillərdə (film, 1958)
Əsl dost (film, 1959)
Matteo Falkone (film, 1960)
Səhər (film, 1960)
Bizim küçə (film, 1961)
Leyli və Məcnun (film, 1961)
Telefonçu qız (film, 1962)
De ki, məni sevirsən! (film, 1977)
Sevinc buxtası (film, 1977)
Rənglərdə yaşayan kino (veriliş, 2009)


Tarix: 03.02.2013 / 17:58 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 486 Bölmə: Aktyorlar