Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Dolf Lundqren

Dolf Lundqren (isveçcə: Dolph Lundgren , 3 noyabr 1957, Stokholm, İsveç) – Əsl adı Hans Lundqrendir.Əslən İsveçli olan ABŞ aktyoru, prodüseri, rejissoru, ssenaristi və idmançısıdır. Dolf Lundqren Karate Kyokuşinkay stili üzrə üçüncü dərəcəli Qara kəmər mükafatçısıdır. Lundgren kino həyatına Rocer Murun baş rol aldığı "Ceyms Bond" seriyalarından olan "Öldürmək üçün təsvir" filmində canlandırdığı KQB agenti rolu ilə başlamışdı. 1985-ci il istehsalı olan və baş rolu canlandıran Silvestr Stallonenin çəkildiyi Rokki 4 filmində sovet boksçusu İvan Draqonu, 1987-ci il istehsalı olan "Kainatın sahibləri" filmində dövrün kult halına gələn televiziya cizgi film qəhrəmanı olan "He-Men" rolunu canlandıran Lundqren, ardından Qırmızı əqrəb filmi ilə məşhurluğunu daha da artırdı. Jan-Klod Van Damm ilə oynadığı Universal əsgər filmində Vyetnamda öldükdən sonra ordu əməliyyatlarına göndərilən Kiborq rolunu oynayarkən, döyüş sənətlərindən bəslənən pis xarakterləri canlandırmağa davam etdi. Brüs Linin oğlu Brendon Li ilə Kiçik Tokioda mübahisə filmində ailəsi yakudzalar tərəfindən öldürülən bir polis rolunu, "Marvel" komiks jurnalının cizgi roman qrupuna aid olan bir intiqam sui-qəsdçisi olan Cəzalandıran personajını, döyüş-qorxu tərzində olan Qaranlıq mələyi filmində insanları öldürən yadplanetlini tutmağa çalışan Agenti, Kianu Rivz ilə çəkildiyi "Conni Mnemonik" filmində özünü İisus Xristos adlandıran dəli qatil rolları adını hər kino tamaşaçı kütləsinə çatdırmış və tanıtmağı bacarmışdır.

Karyerasının sonlarına doğru gedərək daha keyfiyyətsiz filmlərdə görünməyə başlayan Lundqren, bu vəziyyətdən narahat olduğu üçün 2002-ci ildə kino karyerasına fasilə verərək, ailəsinə daha çox zaman ayırmaq qayğısı ilə bu qərarı aldığını ifadə etdi. Dolf Lundqren bundan sonra filmlərdə çox az görünürdü. 2010-cu ildə Məğlubedilməzlər filminə çəkilərək Yansen rolunu canlandırmışdır. Bu film Lundqrenin uzun fasilədən sonra çəkildiyi ən yaxşı filmi idi. 2012-ci ildə isə filmin ardı olan Məğlubedilməzlər 2 filmində yenidən Yansen rolunu canlandırmış və populyarlıq əldə etmişdir.Mündəricat
1 Uşaqlıq illəri və idman karyerası
2 Hərbi xidmət və təhsil
3 Film karyerası
4 Şəxsi həyatı
5 Filmoqrafiya
6 Maraqlı faktlar
7 İstinadlar
8 Xarici keçidlər


Uşaqlıq illəri və idman karyerası

Dolf Lundqren 1957-ci ildə İsveçin paytaxtı Stokholm şəhərində anadan olmuşdur.[1][2] Atası Karl ekonomist, anası isə məktəbdə xarici dili müəlliməsi idi. Atası Lundqreni uşaqlıqda həmişə bəxtigətirməyən adlandırırdı. Lakin buna baxmayaraq Lundqren atası yenədə çox istəyirdi:

"Nə olursa olsun mən atamı əvvəlki kimi çox istəyirəm. Mən onun lənətləri ilə bu gün də fərəhlənirəm. Böyüyən zaman mən onunla çox şeylərdə üzləşirdim: Mən çox inadkarıydım, o isə buna tab gətirə bilmirdi"[3]

— Dolf Lundqren

Məhz atasının onu belə adlandırması Lundqreni idmanla məşğul etməyə vadar etdi. Lundqren xəstə bədənini göstərməyə qorxurdu və allergiyası var idi. Buna baxmayaraq Lundqren idmanla maraqlanır. Əvvəlcə 16 yaşında Dzü-do, sonra Qodzyu-ryu, daha sonra Kyokuşinkay ilə məşğul olur. 1977-ci ildə İsveçdə Karate üzrə çempion adına layiq görülür və bu çempionluğunu 3 il davam etdirir. 1979-cu ildə çempionata qatılan Lundqren bu müddətdə Yaşıl kəmərə sahib idi. Amma turnir üçün ona Qəhvəyi kəməri lazım idi. Bu səbəbdən Lundqren dostlarından birinin kəmərini mənimsəyərək turnirə qatılmışdır. Lundqren turnirdə iştirak edir və ilk iki rəqibini nokauta uğradır. Lakin üçüncü rəqibi Qara kəmərə sahib olan yaponiyalı Makuto Nakamura Lundqreni çox çətinliklə olsa da, hakimlərin qərarı ilə turnirin qalibi olur. Buna baxmayaraq Lundqren çıxışı ilə tam razı idi və bu hadisədən bir il keçdikdən sonra İsveç Karate komandasının kapitanı olur. Lundqren 1980-cı ildə Böyük Britaniyada açıq karate üzrə çempionatda Karate üzrə çempion olur və bu titulu Avstraliyada 1982-ci ildə qoruyur.[4]

Hərbi xidmət və təhsil

1979-cu ildə İsveçin "Dəniz qoşunları"nda çalışmağa başlayır.Hərbi dənizçilər bölməsə işləyə bilmir.Ona görə ki, Lundqren bu zaman zədə alır. Bu zaman Lundqren hərbi bölmədən çıxır.Sonra isə Stokholmda "İsveç Kral Universiteti"ndə oxumağa başlayır. Burada "Kimyəvi maşınqayırma" üzrə bakalavr dərəcəsində diplom alır. 1982-ci ildə Sidney Universitetində "Kimyəvi maşınqayırma" üzrə magistr dərəcəsində diplom qazanır. Ardınca Massaçusets Universitetində oxumağa başlayır.

Film karyerası

Massaçusetsdə təhsil alan zaman Lundqren gecə klublarında işləməyə başlayır. Qreys Cons adlı müğənni onu burada görür və öz cangüdəni təyin edir. Lundqren və onun arasında sevgi başlayır. Buna görə Lundqren Bostona getmək əvəzinə, Nyu-Yorka gedir. 1985-ci ildə müğənni Qreys Cons Lundqrenə Ceyms Bond komandasında "Öldürmək üçün təsvir" filmində kiçik rola çəkilməsinə kömək edir. 1985-ci ildə Rokki 4 filmində İvan Draqo rolunu ifa etmək üçün aktyor tələb olunur. Bu zaman Lundqren öz şəklini və videosunu film üçün göndərir və 5000 nəfər arasından bu rol üçün seçilir. Silvester Stallone ona filmdə doğurdan döyüşməyi təklif edir. Əvvəlcə Lundqren imtina etsə də, sonradan razılaşır. Filmin sonunda Stallone iki diz qapağını sındırır və xəstəxanaya göndərilir. Bir müddət keçdikdən sonra Stallone sağalır və filmdə çəkilir. Film qurtardıqdan sonra məşhurluq qazanır. Kiçik Tokioda mübahisə filmində Brüs Linin oğlu Brendon Li və əvvəllər kiçik rolları ilə tanınan Yapon əsilli ABŞ aktyoru Keri-Hiroyuki Taqava ilə birgə çəkilir. Qırmızı əqrəb, Cəzalandıran, Qaranlıq mələyi və Universal əsgər kimi filmlərə çəkildikdən sonra məşhurlaşır.

Şəxsi həyatı

Dolf Lundqren Qreys Cons, Pola Baryeri, Cenis Dikinson, Stefani Adams, Samanta Filips və Lesli Enn Vudvord kimi aktrisa və modellər ilə görüşürdü.[5]. Sonda İsveçli dizayner Anett Kviberq ilə 1990-cı ildə görüşərək onunla evlənməyi 1993-cü ildə planlaşdırır.[6]. Dolf Lundqren ilə Anett Kviberqin toyları 1994-cü ildə İspaniyada olur. Bal ayıları isə Mərakeşdə keçir. Onların bir qızı və bir oğul övladları olur. Rəsmi məlumatlara, əsasən, 2011-ci ildə Lundqren və Anett boşanırlar. Dolf Lundqren boşandıqdan sonra başqası ilə görüşməyə başlamışdır.[7]

2010-cu ildə Dolf Lundqrenin İspaniyanın Marbelye şəhərindəki evi silahlı cinayətkarların hücumuna məruz qalıb. «Daily Mail» qəzetinin məlumatına görə, üzlərində maska olan üç silahlı şəxs onun malikanəsinə daxil olaraq həyat yoldaşı Anettin əl-qolunu bağlayandan sonra pul və zinət əşyalarını tələb ediblər. Cinayətkarlardan biri təsadüfən masanın üzərindəki ailə şəklini görüb və onlar kimin evinə soxulduqlarını anlayıblar. Bundan sonra onlar dərhal aradan çıxıblar.[8] Anett isə bir qədər sonra əl-qolunu açaraq polis çağırıb və həyat yoldaşına zəng edib. Qəzet yazır ki, cinayətkarlar evin kişisi ilə üzləşməyə əvvəlcədən düşünməyiblər. Bu görüş onlar üçün faciə ilə nəticələnə bilərmiş. Çünki Lundqren karate üzrə qara kəmər sahibidir. Qeyd olunur ki, Rokki 4 filminin çəkilişləri zaman Lundqren zərbəsinin gücünü düzgün hesablamayaraq Silvestr Stalloneni nokauta göndərib. Stalloneni ayıltmaq üçün həkimlərin müdaxiləsi tələb olunub. Lundqrenin evinə girən oğruları tapmaq üçün polislər dərhal təhqiqata başlayıb. Lundqrenin qonşularından biri olan Antonio Banderas evinin mühafizəsini gücləndirmişdir. Bu müddətdə Dolf Lundqren iki film çəkilişində olmuşdur. Lundqren Jan-Klod Van Dammla birlikdə «Universal əsgər»in üçüncü hissəsində və Silvestr Stallonenin çəkdiyi Məğlubedilməzlər filmində iştirak edirdi.

Həmin ildə Dolf Lundqren Ceyson Stethem və Silvestr Stallone ilə Kiyevdəki əyləncəsi qanqaraldıcı hadisə ilə müşayiət olunmuşdur. Ukrayna KİV-inə istinadən xəbər vermiş ki, Dolf Lundqrenin cibindən içərisində kredit kartları və 3000 dollar olan pulqabı oğurlanmışdır. Məğlubedilməzlər filminin premyerası ilə əlaqədar 80-cı illərin döyüş filmləri ulduzlarının Kiyevə səfərinin təşkilatçıları hadisənin baş verdiyini təsdiqləyib. Onlar bildirmişlər ki, Dolf Lundqren Kiyevdəki əyləncə mərkəzlərindən birində əylənərkən qarət edilib. Gecə klubunun meneceri isə bunları söyləmişdir: "Aktyorların masasına çoxlu sayda adam yaxınlaşmışdı. Onların hamısı Silvestr Stallone ilə içki içmək istəyirdi və qarışıqlıq yaranmışdı. Gecə məlum oldu ki, aktyorlardan birinin pul kisəsi oğurlanıb". Lakin Dolf Lundqren hadisəni şişirtməyib və Ukrayna milisinə müraciət etməyib. Lundqren bank kartlarını bağlatdırıb, nağd vəsaiti isə təşkilatçılar ödəmişlər.[9]

FilmoqrafiyaİlFilm adıOrijinal adıRolu
1985Öldürmək üçün təsvirA View to KillVents
1985Rokki 4Rocky IVİvan Draqo
1987Kainatın sahibləriHe-Man and the Masters of the UniverseHe-Man
1989Qırmızı əqrəbRed ScorpionNikolay
1989CəzalandıranThe PunisherFrenk Kastl
1990Qaranlıq mələyiDark AngelCek Keyn
1991DamCover-up
1991Kiçik Tokioda mübahisəShowdown in Little TokyoKris Kenner
1992Universal əsgərThe Universal SoldierEndryu Skott
1993Coşua kəndiThe Joshua Tree
1994BeşnövçüPentathlon
1995Conni-mnemonikJohnny-MnemonicKarl Honik
1996Hədəf altındaSilent Trigger
1997Sülh qoruyanThe Peacekeeper
1998İstəkliThe Minion
1998TəmizləyiciSweepers
1998BlekcekBlackjackCek Devlin
1999Əjdahaların körpüsüBridge of DragonsVarçayld
2000Gözlənilməz zərbəStorm Catcher
2000Sonuncu patrulThe Last Patrol
2000Universal agentAgent Red
2001Gizli planHidden Agenda
2004QoruyucuThe Defender
2005MexanikThe Mechanic
2007Brilliantlı itlərDiamond Dogs
2009Universal əsgər 3: RegenerasiyaUniversal Soldier: RegenerationEndryu Skott
2010MəğlubedilməzlərThe ExpendablesQunnar Yensen[10]
2010ÇakChuck
2012Universal əsgər 4: Yeni ölçüUniversal Soldier: A New DimensionEndryu Skott
2012Bir palatadaOne in the Chamber
2012Məğlubedilməzlər 2The Expendables 2Qunnar Yensen


Maraqlı faktlar
Dolf Lundqren 3 dil bilir: İngilis, Alman və İspan.Həmçinin Fransız, Yapon, İtalyan, Veps və rus dillərində də müəyyən səviyyədə bilir.
Dolf Lundqrenin boy ölçüsü 193 sm-dir.


Tarix: 30.01.2013 / 19:49 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 1240 Bölmə: Aktyorlar
loading...