Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Əlvida Cəfərov

Aktyor

Həyatı

Əlvida Məhərrəm oğlu Cəfərov 17 fevral 1947-ci ildə Cəbrayılın Qaracallı kəndində anadan olub.

Ə.Cəfərov 1970-ci ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun "Dram və kino aktyoru" fakültəsini bitirmişdir. 1972-ci ildən Akademik Milli Dram Teatrında çalışan aktyor, teatrda işlədiyi müddətdə N.Hikmətin "Şöhrət və ya unudulan adam"ında İdmançı, S.Vurğunun "İnsan"ında Alman zabiti, H.Cavidin "Knyaz"ında Xəfiyyə, N.Xəzrinin "Əks səda"sında Fəhlə, A.Saqarelinin "Xanuma"sında Polis, "Ölülər"ində Cəlal və Şikayətçi, Anarın "Adamın adamı"nda İştirakçı, S.Rəhmanın "Əliqulu evlənir"ində Kamal və Qarmon çalan, İ.Əfəndiyevin "Xurşidbanu Natəvan"ında Şahmar, N.Həsənzadənin "Atabəylər"ində Aydoğdu, İ.Əfəndiyevin "Mahnı dağlarda qaldı"sında Gözətçi, "Bizim qəribə taleyimiz"ində Cümü, N.Xəzrinin "Torpağa sancılan qılınc"ında Odoğlu, V.Şekspirin "Kral Lir"ində Zadəgan, C.Məmmədquluzadənin "Ölülər"ində Cəlal və Şikayətçi, Ç.Aytmatov və M.Şaxanovun "Sokratı anma gecəsi"ndə Bekan, S.S.Axundov "Eşq və intiqam"ında Cəbi, N.Hikmətin "Kəllə"sində Gözətçi, X.Qocanın "Hərənin öz payı"nda Müxalifətçi, M.Cəlalın "Dirilən adam"da İsmayıl, A.Şaiq "Eloğlu"nda Qəhrəman, və s. özünəməxsus müxtəlif obrazlar yaratmışdır.

Filmoqrafiya
Bir anın həqiqəti (film, 2003)
Sarıköynəklə Valehin Nağılı (film)
Son arzu (film, 2003)
Təlatüm (film, 2006)
Ürək Yaman Şeydir... (????)
Sirr (serial, 2012)
Sübhün səfiri (film, 2012)


Tarix: 06.02.2013 / 20:49 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 260 Bölmə: Aktyorlar
loading...