beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Əli Allahverdiyev

Allahverdiyev Əli Fərman oğlu — azərbaycanlı aktyor, Azərbaycanın əməkdar artisti (1981).

Həyatı

Əli Allahverdiyev 23 mart 1948-cı ildə Gəncə şəhərində anadan olmuşdur. 1965-ci ildə orta məktəbi bitirmiş, 1966-cı ildən Gəncə Dövlət Dram teatrında işləməyə başlamışdır. C.Cabbarlı adına Gəncə Dövlət Dram teatrında işlədiyi dövrdə Səməd Vurğunun" Vaqif" pyesində Qacar, "Komsomol" poemasında Gəray bəy, Cəfər Cabbarlının "Yaşar" pyesində Yaşar, "Aydın" pyesində Dövlət bəy, "Solğun çiçəklər"də Əbdül, "Almas"da İbad, "Aslan və Fərhad" əsərində Aslan və sair rollar oynamışdır. 1990-cı ildən Gəncə Dövlət Nizami Poeziya teatrında işləyir. Bu teatrın səhnəsində hazırlanan "Xeyir və Şər" əsərində Kürd, "Gül və zəhər" əsərində Loğman, "Zəhmət dastanı"nda Qoca, "Hikmət axşamında" Sokrat, "Sevgi dastani"nda Vəzir, Nizami Gəncəvinin "Xəmsə" motivləri əsasında M.Alimin səhnələşdirdiyi "Yeddi məhbusun şikayəti" tamaşasında Bəhram və s. obrazlarla tamaşaçıların rəğbətini qazanmışdır.

1981-ci ildə Azərbaycanın əməkdar artisti fəxri adına layiq görülmüşdür.


Tarix: 06.02.2013 / 20:39 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 268 Bölmə: Aktyorlar