beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Elman Rəfiyev

Rəfiyev Elman Məmmədrza oğlu – aktyor.

Həyatı

Elman Məmmədrza oğlu Rəfiyev 19 yanvar 1971-ci ildə doğulmuşdur.

1988-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin "Dram və kino aktyoru" fakültəsinə daxil olmuş və 1992-ci ildə universiteti fərqlənmə diplomu ilə bitirmişdir. 1998-ci ildə Gürcüstanda Robert Sturuanın beynəlxalq sənətkarlıq kursunda təhsil almış, 2000-ci ildə Bolqarıstanda Sofiya Yay Akademiyasında "Bədənlər və zaman" seminarında iştirak etmişdir. 1992-1994-cü illərdə Dövlət Gənclər Teatrında aktyor işləmişdir. 1994-2000-ci illərdə Bəxtiyar Xanızadənin rəhbərlik etdiyi "Dəli yığıncağı" Pantomima teatr-studiyasında, 2000-ci ildən Dövlət Pantomima teatrında direktor müavini vəzifəsində çalışır, həmçinin aktyorluq fəaliyyətini davam etdirir. O, Əli Əmirlinin "Meydan" (Zabit), R.Əlizadənin "Tıq-tıq" (Cuk), "Laləli düzən" (Abon), Bəxtiyar Xanızadənin "Nağaraçılar" (Sırtıq), "Kvaksafon" (Qurbağa), "Şərqə səyahət" (Aparıcı), "Yaponiyaya səyahət" (Diktor), "Hindistana səyahət" (Motosikletçi), "3 badam, 1 qoz" (Qoz), "Zibillik pərvanələri" (Şah, Skripkaçı), "Eşq" (Vərəq), "Kölgə" (Polis), S.Mrocekin "Karol xofu" (Baba), Ə.Haqverdiyevin "Kimdir müqəssir?" (Şeytan), M.Musabəyovun "Şəngül, Şüngül, Məngül" (Nağılçı, Dəmirçi), Q. Məsimovun, Muğan Trio Dizlər Müğənni Şeyx Əttar "Uçuş" (5-ci saliq), Çingiz Aytmatovun "Manqurt" (Aparıcı), Üzeyir Hacıbəyovun "Dulusçu" (5–mim), Antuan de Sent-Ekzüperinin "Balaca şahzadə" (Qızılgül), Alber Kamyunun "İnsan" (Mason, Hakim), A.Məmmədovun "Korlar" (2-ci Kor) tamaşalarında oynamışdır. Luici Pirandellonun "Səs" (Silvio), Vaqif Səmədoğlunun "Yaşıl eynəkli adam 2-3" (İnzibatçı), Anarın "Nigarançılıq" (Aşbaz Əli), Aqşin Babayevin "Nekroloq" (Ruslan), Ramiz Həsənoğlunun "Bəylik dərsi" (Məzhəkəçi), Şərif Qurbanəliyevin "Təklif" (II dələduz) televiziya tamaşalarında, İzzət Əzizovun "Qaz" (Kaliqula), Ramiz Həsənoğlunun "Hüseyn Cavid" (Gənc dramaturq) filmlərində çəkilmişdir. B.Xanızadənin "Arzular aləminə səyahət" elmi-tədris filmində – Kloun Nini rolunda oynamışdır. Klounada janrında axtarışlarını davam etdirir. Səhnə təxəllüsü Kloun Ninidir.

Elman Rəfiyev Dövlət Pantomima teatrında hazırlanan bütün tamaşaların və A.Şaiq adına Kukla Teatrında "Kral" tamaşasının musiqi tərtibatçısıdır. O, 2006–cı ildə Xəzər Universitetində Ü.Hacıbəyovun "Arşın mal alan" (ingilis dilində) operettasına quruluş vermişdir.

Elman Rəfiyev Gürcüstanda (Tiflis, 14-28 noyabr 1998-ci il, "Hamletsiz Hamlet" sənətkarlıq kursu; Tiflis, aprel 1999-cu il, "Teatr+Video" festivalı; Tiflis, 17 sentyabr–8 oktyabr 2000-ci il, "Qızıl maska" Beynəlxalq Teatr Festivalı; Tiflis, 16-19 iyun 2009-cu il, "Azərbaycan mədəniyyət günləri; Tiflis, 4-6 oktyabr 2009-cu il, Beynəlxalq Teatr Festivalı), Rusiyada (Moskva, 26-30 aprel 1999-cu il, "Azərbaycan mədəniyyət günləri"; İrkutsk, 30 avqust–8 sentyabr 2002-ci il, "Mimolyot" 6-cı Beynəlxalq Pantomima və Müasir Plastika Festivalı; Moskva, 17-19 aprel 2007-ci il, "Azərbaycan mədəniyyət günləri"; Moskva, 9-11 oktyabr 2007-ci il, "Bibliobraz" Beynəlxalq Festivalı), Fransada (Paris, 1999-cu il, "Dədə Qorqud-1300"; Paris, 23-25 may 2008-ci il, UNESCO "Leyli və Məcnun" layihəsi), Türkiyədə (Ankara, 18-28 noyabr 1999-cu il, 4-cü beynəlxalq teatr festivalı; Ankara, 7-17 noyabr 2001-ci il, 6-cı beynəlxalq teatr festivalı; Ankara, 17-27 oktyabr 2002-ci il, "Ethos" Uluslararası Teatr Festivalı; Trabzon, 1-13 may 2006-cı il, 7-ci Uluslar arası Karadeniz tiyatro festivalı), Bolqarıstanda (Sofiya, 18 iyul–4 avqust 2000-ci il, İfaçılıq sənətləri üzrə yay akademiyası – "Bədənlər və zaman", "Fildenkrayz metodu", "Ağ buto" seminarları), İranda (Tehran, 4-10 noyabr 2000-ci il, 1-ci Beynəlxalq Pantomima Festivalı; Tehran, 3-10 mart 2002-ci il, "Dostluq" teatr festivalı), Almaniyada (Potsdam, 17-23 iyun 2001-ci il, Unidram festivalında, "XXI-ci əsrin yuxuları" Sankt-Peterburq Mədəniyyət mərkəzinin Artur Şnitslerin "Pyerettanın örtüyü" beynəlxalq layihəsi; Berlin, 13-19 iyun 2008-ci il, "Azərbaycan mədəniyyət ili"), Hollandiyada (Amsterdam, 9-15 dekabr 2002-ci il, "Oud-Wesr Thuis Best" Beynəlxalq mədəniyyətlərarası festival), Avstriyada (Vyana, 10-14 aprel 2003-cü il, "Arzular aləminə səyahət" layihəsində; Vyana, 9-15 aprel 2007-ci il), Ukraynada (Kiyev, 7-14 may 2003-cü il, "Kiyev-Travnevi" 5-ci Beynəlxalq Teatr Festivalı), Tatarıstanda (Kazan, 30 may-6-iyun 2005-ci il, "Nouruz" Türkdilli xalqların teatr festivalı), Misirdə (Qahirə, 20-30 sentyabr 2005-ci il, 17-ci Beynəlxalq Eksperemintal teatr Festivalı; 10-20 oktyabr 2008-ci il, 20-ci Beynəlxalq Eksperemintal teatr Festivalı), Finlandiyada (İmatra, 14-17 iyun 2007-ci il, "Ağ və Qara" Beynəlxalq Teatr Festivalı), Ərəbistanda (Ər-Riyad, Dammam, Ciddəh 10-14 noyabr 2007-ci il, "Azərbaycan mədəniyyət günləri") beynəlxalq teatr festivallarında iştirak etmişdir. 9 may 2012-ci il tarixdə Əməkdar artist fəxri adına layiq görülmüşdür.

Filmoqrafiya
Bəylik dərsi (film, 2007)
Cavid ömrü (film, 2007)
Günaydın, mələyim! (film, 2008)
Kəndim+nizə qayıdın!? (film, 2007)
Kişiləri qoruyun (film, 2006)
Qala (film, 2008)
QAZ (film, 2005)
Mürafiə vəkillərinin hekayəti (film, 2011)
Nekroloq (film, 2001)
Nigarançılıq (film, 1998)
Ölüm növbəsi (film, 2009)
Salur Qazanın evi talandığı boy (film, 2001)
Sirr (serial, 2012)
Sübhün səfiri (film, 2012)
Yaşıl eynəkli adam-2 (film, 1999)
Yaşıl eynəkli adam-3 (film, 2002)


Tarix: 01.02.2013 / 18:54 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 554 Bölmə: Aktyorlar