beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Faiq Zöhrabov

Teatr rejissoru. Aktyor.

Həyatı

F.Zöhrabov 1939-cü il iyul ayının 16-da Bakı şəhərində anadan olmuşdur.

F.Zöhrabov 1957-1960-cı illərdə Azərbaycan Dövlət Musiqili Komediya Teatrında rəqqas kimi fəaliyyət göstərmişdir. 1963-1968-ci illərdə o, Azərbaycan Dövlət İncəsənət İnstitutunun rejissorluq fakültəsində təhsil almışdır.

İnstitututu bitirdikdən sonra, həmin təhsil ocağında "Aktyor sənəti" kafedrasında müəllim kimi fəaliyyətə başlamışdır. 1965-1972-ci illlərdə F.Zöhrabov Bakı Pioner və Məktəblilər Parkının direktoru işləmişdir.

1972-1975-ci illərdə o, Aktyor evinin direktoru, 1975-1977-ci illərdə Səyyahçılar və ekskursiya bürosunun direktoru işləmişdir.

1968-1985-ci illərdə F.Zöhrabov İncəsənət İnstitutunda aktyor sənətindən dərs demişdir.

1985-88-ci illərdə o, Dağıstan Dövlət Ləzgi Musiqili Dram Teatrına dəvət olunmuş və orada 4 il baş rejissor vəzifəsində çalışmışdır. Bu dövrdə rejissor A.P.Çexovun "Elçilik", A.Şirvanzadənin "Nakam qız", Q.Lezqinsovun "Dağlar oğlu", N.Hikmətin "Bayramın birinci günü", Ü.Hacıbəyovun "O olmasın, bu olsun" və s. dramaturqların əsərlərinə quruluş vermişdir.

1988-ci ildən F.Zöhrabov Tədris Teatrının direktoru və İncəsənət Universitetinin "Musiqili teatr" kafedrasının dossenti olmuşdur.

1999-cu ildən sənətçi Azərbaycan Dövlət Musiqili Komediya Teatrında quruluşçu rejissor kimi fəaliyyətini davam etdirir.

Burada F.Zöhrabov "Dəli dünya", "Bankir adaxlı", "Məhəbbət oyunu", "Talelər qovuşanda", "Aldın payını, çağır dayını" və s. kimi bir-birindən maraqlı tamaşalar hazırlamışdır.

5 iyun, 2009-cu ildə Bakıda ürək çatışmazlığından vəfat etmişdir.

Filmoqrafiya
Beşmərtəbəli evin altıncı mərtəbəsi (film, 1996)


Tarix: 01.02.2013 / 19:22 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 263 Bölmə: Aktyorlar