Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Həsən Əbluc

Aktyor. Film səsləndirən. Mətn oxuyan. Rejissor. Arxiv kadrlar.Mündəricat
1 Həyatı
2 Filmoqrafiya
3 Mənbə
4 Həmçinin bax


Həyatı

Həsən Abbasqulu oğlu Əbluc 22 aprel 1942-ci ildə Təbrizdə anadan olub. Uşaq yaşlarında ailəsi ilə birlikdə Bakıya köçüb. Əvvəlcə Politexnik İnstitutuna qəbul olunub. Birinci kursdan sonra sənədlərini aktyorluq fakültəsinə verib. Azərbaycan Dövlət İncəsənət İnstitutunun aktyоrluq və rejissоrluq fakültəsini bitirib. Elə həmin il Dram Teatrında rumın yazıçı Sebastyanın "Adsız ulduz" tamaşasına quruluş verib. Sоnralar Gənc Tamaşaçılar Teatrında fəaliyyətini davam etdirib. Kinostudiyada film dublyajlarında iştirak edib. Mədəniyyət və İncəsənət Universitetində səhnə danışığından dərs deyib. Bədii qiraət ustası kimi klassik və çağdaş şairlərimizin poeziya nümunələrini minlərlə tamaşaçıya və dinləyiciyə çatdırıb. Həsən Əbluc rejissorluq kursunu da bitirib. Müxtəlif dövrlərdə bir neçə teatr və televiziya tamaşasının quruluşçu rejissoru olub. Həsən Əbluc 13 mart 1994-cü ildə vəfat edib. Ənvər Əbluc оnun haqqında "Həsən Əbluc" filmini lentə alıb.
Kinorejissor Ənvər Əblucun qardaşıdır.

Filmoqrafiya
Abbas Mirzə Şərifzadə (film)(qısametrajlı sənədli film)(Aztv)(mətni oxuyan)
Ağ atlı oğlan (film, 1995)
Alman klinikasına şəxsi səfər (film, 1988)
Babək (film, 1979)
Bakıda küləklər əsir (film, 1974)
Bircəciyim (film, 1986)
Birisigün, gecəyarısı... (film, 1981)
Bizim küçənin oğlanları (film, 1973)
Dantenin yubileyi (film, 1978)
Dəli Kür (film, 1969)
Dənizə çıxmaq qorxuludur (film, 1973)
Doğma sahillər (film, 1989)
Ən vacib müsahibə (film, 1971)
Ənvər Həsənov. Yeddi oğuldan biri (film, 2007)
Həsən Əbluc (film, 1999)
İstintaq (film, 1979)
İstintaq davam edir (film, 1966)
İyirmialtılar (film, 1966)
Qanlı zəmi (film, 1985)
Qara gölün cəngavərləri (film, 1984)
Qaraca qız (film, 1966)
Qatarda (film, 1981)
Mikayıl Müşfiq (film, 1978)
Od içində (film, 1978)
Ölsəm... bağışla (film, 1989)
Ömrün İlk Saatı (1973)
Özgə ömür (film, 1987)
Pəncərə (film, 1991)
Sən niyə susursan? (film, 1966)
Şeytan göz qabağında (film, 1987)
Tənha narın nağılı (film, 1984)
Torpaq dəniz od səma (film, 1967)
Uşaqlığın son gecəsi (film, 1968)
Ümid (film, 1992)
Ürək Yaman Şeydir... (????)
Ürək... Ürək... (film, 1976)
Yaramaz (film, 1988)
Yaşamaq gözəldir, qardaşım! (film, 1966)
Yenilməz batalyon (film, 1965)


Tarix: 02.02.2013 / 14:30 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 466 Bölmə: Aktyorlar
loading...