Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Cabir İmanov

Cabir İmanov — AktyorMündəricat
1 Həyatı
2 Filmoqrafiya
3 Mənbə
4 Həmçinin bax


Həyatı

22 iyun 1976-cı ildə Bakı şəhərində anadan olub.

1983-1993-cü illərdə Bakı şəhəri 189 saylı məktəbdə oxuyub. 1993-cü ildə Azərbaycan Dövlət İqtisad İnstitutuna qəbul olub və 1997-ci ildə həmin institutu bitirib. 1999-cu ildə Bakı Dövlət Universitetinə qəbul olub və 2003-cü ildə həmin universiteti bitirib. İxtisasları: İqtisadçı, hüquqşünas.

1992-ci ildən “Bakılı oğlanlar” ŞHK komandasının üzvüdür. 1992-ci ildə ŞHK çempionu, 1995-ci ildə ŞHK Yay Kubokunun sahibi və 2000-ci il ŞHK “Əsrin Çempionu” olmuşdur.

2001-ci ildə “Planet Parni iz Baku” KVN Teatrını yaradıb. 2001-ci ildən “Planet Parni iz Baku” KVN Teatrının aktyorudur.

Filmoqrafiya
Etimad telefonu (film, 2001)
Bir anın həqiqəti (film, 2003)
Məhəllə (film, 2003)
Məhəllə 2 Moskvada (film, 2004)
Tam məxfi (film, 2004)
Məşədi İbad-94 (film, 2005)-Qoçu


Tarix: 31.01.2013 / 20:23 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 232 Bölmə: Aktyorlar
loading...