beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Soyuq ayran aşı şorbası resepti

Tərkibi:
1 su stəkanı buğda (yarma)
1 su stəkanı noxud
4 su stəkanı süzmə qatıq
duz su nanə

Hazırlanması:
Buğda və noxudu ayrı-ayrı axşamdan isladın. Suyunu süzüb, ayrı qazana tökün, su əlavə edib qaynadın.
Süzmə qatığa duz əlavə edib, qazanda qaynayan noxudun suyundan çömçə ilə götürüb süzmə qatığı duru hala gətirin. Qatığın çürüməməsi üçün noxud və buğdanı yavaşca qazana əlavə edin, bir tərəfdən sürətlicə qarışdırın.
Qaynamağa başlayınca altını söndürüb soyumağa buraxın. Tam soyuq olmasını istəyirsinizsə soyuducuya qoyub soyuda bilərsiniz. Nanə ilə üstünü bəzəyə bilərsiniz.

Nuş olsun!


Tarix: 29.11.2014 / 12:47 Müəllif: Aziza Baxılıb: 44 Bölmə: Şorbalar ve Helimler