beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Tərəvəzli qarox şorbası

Tərkibi :

1 ədəd soğan

2 ədəd kartof

2 ədəd bibər (yaşıl və sarı)

2 ədəd kök

2 ədəd soyulmuş pomidoru

1 ədəd yaşıl noxud konservi

1,5 litr bulyon və ya galina blanca

1 dəstə şüyüd

1 dəstə cəfəri

narın xörək duzu

Hazırlanması:

Əvvəlcə soğan xırda-xırda dogranılır
Bibər uzun-uzun dogranılır

Kökü sürtgəcdən keçiririk.
Pomidor və kartof iri kvadrat səkilində doğranılır

Daha sonra sıra ilə qazana soğan,bibər,kök,pomidor,kartof,sarıkök,duz əlavə olunur

Bir az qızarıldıqdan sonra bulyonu əlavə edirik

Qaynara düşən kimi qarox əlavə olunur

20-25 dəqiqə qaynadıqdan sonar hazır olana yaxın göyərti əlavə olunur

Zovqə görə hazır ədviyyat qarışımları da əlave edə bilərsiniz

Nuş olsun


Tarix: 29.11.2014 / 12:23 Müəllif: Aziza Baxılıb: 27 Bölmə: Şorbalar ve Helimler