beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Zərəngiz Dəmirçi Qayalı

Zərəngiz Dəmirçi Qayalı (Zərəngiz Dəmirçi qızı Mansurova) 1962-ci il yanvarın 20-də Qazax rayonunun Daş Salahlı kəndində anadan olmuşdur.

O,1992-ci ildə M. Ə. Rəsulzadə adına Bakı Dövlət Universitetinin filologiya fakültəsini bitirmişdir. İlk şeiri 1979-cu ildə Qazax rayonunun mətbu orqanı olan "Qalibiyyat bayrağı" qəzetində dərc olunmuşdur. "Gənclik", "Ulduz", "Məhsəti", "Qoşa qanad", "Sevgi", "Ozan Dünyası" jurnallarında, "Ədəbiyyat və İncəsənət", "Bakı", "Kaspi", "Kredo", "525-ci qəzet", "Azərbaycanın səsi", "Açıq söz", "Sirrlər xəzinəsi","Səs", "Palitra", "Paritet" qəzetlərində, bir çox şeir almanaxlarında şeirləri dərc olunmuş, radio, televiziya verilişlərində əsərləri səsləndirilmişdir.

İlk kitabı-"Haqqı sevdim" 2001-ci ildə "Nurlan" nəşriyyatında dərc olunmuşdur. Bir-birinin ardınca "Nurlan" nəşriyyatında 2006-cı ildə "Vəfam mənim", "Güllələnmişlər", "Uni-Print" nəşriyyatında 2008-ci ildə "Qayalı" kitabları çapdan çıxmışdır


Tarix: 20.01.2013 / 15:13 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 405 Bölmə: Şairlər və Yazıçılar