beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Süleyman Vəliyev

Vəliyev Suleyman Vəli oğlu – nasir, 1939-cu ildən Yazıçılar Birliyinin üzvü, Azərbaycan Əməkdar mədəniyyət işçisi (1977), əmək veteranı (1976), Əməkdar incəsənət xadimi (1987), Müharibə veteranı (1981).Mündəricat
1 Həyatı
2 Əsərləri
3 Tərcümələri
4 Filmoqrafiya
5 Xarici keçidlər


Həyatı

Süleyman Vəliyev 1916-ci il dekabrın 21-də Bakı yaxınlığındakı Ramana qəsəbəsində anadan olmuşdur. Ramana və Sabunçu qəsəbə məktəblərində orta təhsil aldıqdan sonra neft mədənlərində fəhləlik etmişdir. Lökbatanda çoxtirajlı "Neft uğrunda" qəzetinin, "Kommunist", "Azərbaycan gəncləri" qəzetlərinin, "İnqlab və mədəniyyət" jurnalının redaksiyalarında ədəbi işçi olmuşdur. Sonra Azərbaycan Yazıçılar Birliyində ölkə müdafiə ədəbiyyatı şöbəsinin müdiri vəzifəsində işləmişdir. İkinci dünya müharıbəsi illərində Almaniya, Yuqoslaviya və İtaliyada Müqavimət hərəkatında iştirak etmişdir.

1946-1949-cu illərdə M.F. Axundov adına Pedaqoji İnstitutunda təhsil almışdır. Arabir işləməyib yaradıcılıqla məşqul olmuşdur. C. Cabbarlı adına "Azərbaycanfilm" studiyasında redaktor vəzifəsində çalışmışdır (1958-1963), Azərbaycan Yazıçılar Birliyində məsləhətçi işləmişdir (1963-1987).

Azərbaycan Yazıçılar Birliyi idarə heyətinin, "Azərbaycan" jurnalı redaksiya heyətinin, Azərbaycan Ədəbiyyət Fondu rəyasət heyətinin üzvüdür. SSRİ Yazıçılar Birliyinin VI və VII qurultaylarının nümayəndəsi olmuşdur. "Əmanət kassası" adlı ilk hekayəsi 1932-ci ildə "Hücüm" jurnalında çapdan çıxmışdır. İlk povesti isə "Bığlı ağa" (1937) adlanır.

Azərbaycanın Günahsız Siyasi Qurbanlar Assosiasiyasının rəyasət heyətinin üzvüdür (1994-cü ildən).

Onun əsərləri keçmiş SSRİ və xarici ölkə xalqlarının dillərinə də tərcümə olunur. Bədii yaradıcılığında tərcümə də mühüm yer tutur. Azərbaycan Rəyasət heyətinin fəxri fərmanı (1967-1986), "Xalqlar dostluğu" ordeni (1984) və medallarla təltif olunmuşdur.

Əsərləri
Bığlı ağa. Bakı: Azərnəşr, 1937, 93 səh.
Şor cüllutu (hekayə). Bakı: Uşaqgəncnəşr, 1939, 64 səh.
Molla Məmiş və sandıq. Bakı: Uşaqgəncnəşr, 1939, 28 səh.
Səadət yollarinda (povest, hekayə və oçerklər). Bakı: Azərnəşr, 1957, 204 səh.
Şor cüllutu (hekayə). Bakı: Uşaqgəncnəşr, 1957, 88 səh.
Əncir ağacı (hekayələr, xatirələr). Bakı: Uşaqgəncnəşr, 1959, 102 səh.
Mübahisəli şəhər (roman). Bakı: Azərnəşr, 1962, 259 səh.
Bir səhənk su. Bakı: Azərnəşr, 1963, 89 səh.
Məhəbbət buzu əridir. Bakı: Azərnəşr, 1964, 92 səh.
Seçilmiş əsərlər. Bakı: Azərnəşr, 1966, 535 səh.
Düyünlər (roman). Bakı: Azərnəşr, 1970, 259 səh.
Gül dəstəsi. Bakı: Gənclik, 1972, 190 səh.
Mübahisəli şəhər (roman və povest). Bakı: Azərnəşr, 1974, 382 səh.
Düyünlər (hekayələr, povestlər, roman). Bakı: Gənclik, 1978, 472 səh.
Həyatın dadı (povest və hekayələr). Bakı: Gənclik, 1980, 276 səh.
Daşlı bulaq (roman). Bakı: Gənclik, 1983, 356 səh.
Secilmiş əsərlər (iki cilddə). I cild. Bakı: Yazıçı, 1983, 518 səh.
Secilmiş əsərlər (iki cilddə). II cild. Bakı: Yazıçı, 1983, 436 səh.
Daşlı bulaq. Bakı: Yazıçı, 1987, 688 səh.
"Qanadı sınmış quş" da uçarmış. Bakı: Gənclik, 1989,

Tərcümələri
A. Qaydar. Hərbi sirr, malciş-kibalçiş və onun möhkəm sözü haqqında nağıl. Bakı: Azərnəşr, 1938, 19 səh.
S. Marşak. Petruşka. Bakı: Uşaqgəncnəşr, 1939,
M.Q. Mixaylovski. Tyoma və Juçka. Bakı: Uşaqkəncnəşr, 1953, 16 səh.
V.Vasilevskaya. Söyüdlü arx. Bakı: Uşaqkəncnəşr, 1962, 60 səh.

Filmoqrafiya
Məhəmməd Füzuli (film, 1958)
İlk müjdələr (film, 1960)
Yeddiilliyin adamları və illəri (film, 1960)
Bizim mayaklar (film, 1961)
Neft Akademiyası (film, 1974)
Qara gölün cəngavərləri (film, 1984)


Tarix: 19.01.2013 / 15:29 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 460 Bölmə: Şairlər və Yazıçılar