Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Şəkər Aslan

Aslanov Şəkər Mirzə oğlu (d.10 oktyabr, 1935 - ö.13 iyul, 1995) - şair, 1968-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Jurnalistlər Birliyinin "Qızıl qələm" mükafatı laureatı (1978).

Həyatı

Şəkər Aslan 1935-ci il oktyabrın 10-da Lənkəran rayonu Boladi kəndində anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra Boladi kənd, Port-İliç qəsəbə və Lənkəran rayon mədəniyyət evlərində kino nəzarətçisi vəzıfəsində işləmişdir (1955-1959). Moskvada M.Qorki adına Ədəbiyyat İnstitutunun poeziya fakültəsində qiyabi təhsil almışdır. Ədəbi fəaliyyətə "Sosialist subtropikası" Lənkəran rayon qəzetinin 23 iyul 1953-cü il tarixli sayında çıxan "Koreyalı bacıma" adlı şerilə başlamışdır. Sonralar "Leninçi" adı ilə nəşr olunan həmin qəzetin redaksiyasında ədəbi işçi (1964-1968), Azərbaycan KP Lənkəran rayon komitəsində təlimatçı vəzifəsinə işləmişdir. 1970-ci ilin sentyabrından "Leninçi" qəzetinin redaktoru işləyir. "Sən kimsən, Ata?" (1982), "Birtərəfli hərəkət" (1987) pyesləri Lənkəran Dövlət Dram Teatrında tamaşaya qoyulmuşdur. Lənkəran şəhər Sovetinin deputatı seçilmişdir (1982). Azərbaycan Ali Soveti Rəyasət Heyətinin Fəxri fərmanına (1981) və "Şərəf nişanı" ordeninə layiq görülmüşdür. Gənc yazıçıların Moskvada keçirilən V Ümumittifaq müşavirəsində iştirak etmişdir (1969).AYB-nin Lənkəran şöbəsinin sədri və "Şəfəq" jurnalının baş redaktoru olmuşdur (1994-95).

1995-ci il iyulun 13-də vəfat etmişdir.

Əsərləri
1.Bahar yağışı. Bakı: Azərnəşr, 1964, 56 səh.
2.Ürəyimi açıram. Bakı: Gənclik, 1967, 52 səh.
3.Sənə nəğmə deyirəm. Bakı: Gənclik, 1967, 44 səh.
4.Məhəbbət fəsli. Bakı: Azərnəşr, 1973, 84 səh.
5.Sevgi günü. Bakı: Gənclik, 1980, 120 səh.
6.Səni sevdiyim gündən. Bakı: Gənclik, 1980, 120 səh.
7.Döy mənim qapımı. Bakı: Yazıçı, 1986, 136 səh.
8.Dünyanın sevincləri. Bakı: Gənclik, 1987, 90 səh.


Tarix: 19.01.2013 / 15:34 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 417 Bölmə: Şairlər və Yazıçılar
loading...