beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Rafiq Babayev (yazıçı)

Babayev Rafiq Təvəkkül oğlu - nasir, 1988-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Jurnalistlər Birliyinin üzvü (1986).

Həyatı

Rafiq Babayev 1953-cü il iyunun 1-də Ordubad rayonunun Aşağı Aza kəndində müəllim ailəsində anadan olmuşdur. Burada yediillik kənd məktəbini, qonşu Yuxarı Aza kəndində orta məktəbi bitirmişdir (1961-1971).

Yusif Məmmədəliyev adına Naxçıvan Pedaqoji İnstitutunun dil və ədəbiyyat fakültəsində təhsilini davam etdirmişdir (1971-1975). Doğma kənd yeddiillik məktəbində müəllim (1975-1980)(2000-2005), direktor(1993-1999), "Yeni Ordubad" qəzeti redaksiyasında məsul katib (1980-1990), "El həyatı" rayon qəzetində məsul katib, redaktor müavini, redaktor olmuşdur. "005-ci ildən AMEA Naxçıvan Bölməsi Azərbaycan dili, ədəbiyyatı və İncəsənət İnistutunda Folklorşünaslıq şöbəsində işləyir. Bədii yaradıcılığa erkən başlasa da, ilk hekayələri 1973-cü ildə dərc olunmuşdur. "Arazın işıqları", "Araz-2", "Araz-3" almanaxlarında hekayələri verilmişdir. 20 ildən çoxdur ki, rayon ərazisində şifahi xalq ədəbiyyatı nümunələrini toplayır. Bunların xeyli hissəsi çoxcildlik "Azərbaycan folkloru antologiyası" (1994, "Sabah" nəşriyyatı) kitabının birinci cildində nəşr olunmuşdur. Dövri mətbuatda müntəzəm çıxış edir.

Kitabları
1.Axırıncı axşam (hekayələr). Bakı: Yazıçı, 1986, 120 səh.
2.Yolçu daşı (povest və hekayələr). Bakı: Yazıçı, 1992,
3.Zühur (Povestlər və hekayələr). Bakı: Yurd, 1999, 100 səh.
4.Naxçıvan Folkloru: Bəşərilik, Türklük, Regionallıq (Monoqrafiya). Bakı: Elm, 2008, 144 səh.


Tarix: 17.01.2013 / 20:39 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 474 Bölmə: Şairlər və Yazıçılar