beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Bağışlamağı bacarırsınızmı?

" Sizi incidən insanları əfv edin, dostlarınızı sevin, pisliyə yaxşılıqla cavab verin" - bu fikirlər müqəddəslərdən bizlərə miras kimi qalıb. Əgər bağışlamağı bacarmaq müqəddəslik, alilik hesab olunursa, o zaman fikrimcə bizlər arasında bu cür insanlar çox azdır. Çünki həqiqətən də bizləri incidən, əziyyət verən insanı bağışlamaq çox çətindir. Bunun üçün uzun mənəvi yol keçmək lazımdır.Çox zaman bizlərə elə gəlir ki, pisliyə yaxşılıqla cavab vermək ədalətli deyil. Həm də kim deyir ki, həyat ədalətlidir? Bəziləri bağışlamanı cəsarətli addım, bəziləri isə zəiflik hesab edirlər - hansı ki, onlar intiqam almağa üstünlük verərdilər. Bəs siz bu barədə nə düşünürsünüz? Bağışlamağı bacarırsınızmı? Hansı hərəkəti heç zaman bağışlamazsınız? Qəlbdə inciklik saxlamaq lazımdırmı?


Tarix: 05.12.2014 / 15:27 Müəllif: Aziza Baxılıb: 29 Bölmə: Ümumi Psixologiya