Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Qadınlar niyə çox danışırlar?

Demə, qadınların «deyinməsi» üçün şəraiti məhz kişilər yaradırlar
Elm adamları sübut ediblər ki, qadınlar çox danışır və bundan həzz alırlar. Mütəxissislərin fikrincə, qadınlar sosial münasibətlərini danışaraq yaradır və gücləndirirlər. Qadının fitrətində və ruhunda danışmanın böyük əhəmiyyəti var.

Bir qadın gün ərzində çox rahatlıqla 700 min söz və 300 səs tonundan istifadə edir. Bununla yanaşı danışan zaman bədən dilindən də istifadə edirlər. Əl-qol hərəkətləri daxil hər bir qadın gün ərzində 21 min ünsiyyət vasitəsindən istifadə edir. Elm adamlarına görə, qadınlarda beynin sol tərəfi müxtəlif dərəcələrdə və müddətlərdə danışmaq üçün siqnal ötürür.

Psixiatr İkram Rüstəmovun sözlərinə görə, qadınların beyinlərinin sol — ön tərəfində müəyyən bir bölgə var ki, bunun sayəsində danışma funskiyası həyata keçirilir: «Sağ tərəfdə də danışma funksiyasını yerinə yetirən mərkəz var. Bu iki tərəfin funksiyası ilə qadınlar daha çox danışır. Beyinlərinin yaradılma formasına görə qadınlar danışarkən başqa işləri də rahatlıqla həyata keçirə bilirlər. Buna görə də qadınlar hər yerdə danışmağı sevirlər. Beyinlərinin hər iki tərəfində danışma funksiyası olduğu üçün qadınlar xarici dili daha tez mənimsəyirlər».

Araşdırmalara görə, qadınlar kişilərdən 3 dəfə daha çox danışırlar. Kişilər isə gün ərzində 2-3 min söz istifadə edirlər.

Müsahibimiz bildirir ki, qadınların 21 min jest və sözdən istifadə etməyi mütləqdir. Qadın əgər gün ərzində 11 min ünsiyyət vasitəsi istifadə edibsə, mütləq 9 minini də harasa sərf etməlidir.

Rüstəmov qadınların çox danışmasının psixoloji səbəblərini də açıqlayıb. Dediyinə görə, qadın kədərli olduğu zaman yaxşı olmaq üçün danışmağa çalışır. Kişilərdə isə bu, tərsinədir, kişi susmağı sevər: «Qadınlar düşünərkən də yüksək səslə düşünər və fikirlərini birbaşa deyərlər. Yaxınlıq və tənhalıq qorxusu da qadını çox danışmağa məcbur edir».

Qadın və kişi münasibətlərində hər kəsin səssiz zamanları olmalıdır. Qadın kişini kefsiz gördüyü zaman israrla səbəbini soruşmamalıdır. Kişilər problemlə qarşılaşdıqları zaman susar və onun həlli yollarını düşünərlər. Qadınların onlara yardım etmə istəyi kişilərə gərəksiz görünə bilər. Buna görədə çox zaman kişilər susanda qadın da susmağa çalışmalıdır: «Yox, əgər qadın susmursa, kişi ən azından onu dinləməlidir ki, qadın rahat olsun. Qadın əsəbi və çox danışdığı zaman kişinin ona „səhv edirsən“ deməsi ən böyük ünsiyyət xətasıdır».

Qadınlar xırdaçıdırlar. Kişiləri maraqlandırmayan, önəmli olmayan xırdalıqlar qadınlar üçün böyük əhəmiyyət daşıya bilər. Və onlar olduqları vəziyyətdən şikayət edə bilərlər. «Kişi bilməlidir ki, qadın — söz-danışmaq deməkdir».

Evlilik həyatında qadını ən çox yaralayan tənhalıqdır. Həyat yoldaşınıza danışmaq imkanı yaratmasanız, o, özünü tənha və dəyərsiz hiss edəcək: «Hər gün qadınınızı dinləmək üçün zaman ayırın. Yoxsa, onu bir müddət sonra psixoloqa və ya psixiatra aparmaq məcburiyyətində qalacaqsınız».

Kişilər çox zaman qadının «danışmalıyıq» tələbindən qorxarlar. Ancaq bu tələbdən qorxmamaq lazımdır, çünki qadın «danışmalıyıq» deyəndə «məni dinlə» demək istəyir: «Qadınınızı dinləmək, ara-sıra fikirlərinizi bildirmək yetərlidir. Siz də onun qədər danışsanız, bu, onun canını sıxar».

Qadınlar şirin söz, şirin xitablar, kompliment üçün dəli olurlar. Qadınınızla danışarkən ondan nəsə istəyərkən şirin dillə istəsəniz, istəyinizə daha tez çatarsınız.

Həmsöhbətimizə görə, çox danışdıqları üçün kişilər qadınları «deyingən» adlandırırlar. Əslində isə qadınların «deyinməsi» üçün şəraiti də məhz kişilər yaradır. Qadının arzuları həyata keçmirsə, sayılmırsa, diqqət görmürsə, məcbur qalıb danışır, şikayətlənir. Mübahisə vəziyyətlərində qadın danışaraq sakitləşdiyi halda, kişilər susaraq sakitləşərlər. «Mənimlə maraqlanmır», «Olanlar vecinə deyil», «Vəziyyəti düzəltmək üçün heç nə etmir» deyə düşünən qadınlar belə fikirlərlə daha çox əsəbiləşir və daha çox danışmağa başlayır ki, hər hansı bir reaksiya əldə edə bilsin. «Kişilər isə bu vəziyyətdən can quttarmaq üçün birdəfəlik susarlar. Və bu dövr uzun müddət davam edə bilər. Bu dövrü bitirmək üçün insanlar həmin dövrün fərqində olmalıdırlar. Bunu ilk fərq edən də qadın olur. Qadın əmindir ki, kişilərin bu susmasının arxasında ciddi mənfi heç nə yoxdur. Əksinə, kişilərin kədərli və əsəbi vəziyyətlərində bir qadınla mübahisə edə bilməyəcəklərini başa düşərlər. Kişi susursa, özünü qorumaq üçün susur və qadının bunu anlamayacğını düşünür. Kişi başa düşür ki, qadın susursa, daha onunla bağlı mövzular qadın üçün maraqlı deyil. Buna görə də, qadınları „deyingən“ adlandırsalar da, kişilər qadınların danışmasını sevir».


Tarix: 27.11.2014 / 13:20 Müəllif: Aziza Baxılıb: 52 Bölmə: Ümumi Psixologiya
loading...