Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Təfəkkürün formaları

Təfəkkürün üç forması vardır: məfhumlar, hökmlər, əqli nəticə.
Məfhum (anlayış) – cisim və hadisələrin mühüm, əsas əlamətlərə görə əks etdirilmə­sindən ibarət təfəkkür formasıdır. Məsələn, «mübtəda» məfhumuna cümlədə kimin və ya nəyin haqqında danışıldığını bildirmək əsas əlamət kimi daxildir. Məhz həmin əlamət mübtədanı digər cümlə üzvlərindən fərqləndirir.
Məfhumlar xüsusi, ümumi, konkret və mücərrəd ola bilir. Xüsusi məfhumlar tək, xüsusi bir cismə və ya hadisəyə aid olur. Məsələn, «Günəş», «Bakı» məfhumları xüsusi məfhumlardır. Bu cür məfhumların altında biz yalnız bir əşyanı və ya hadisəni başa düşürük.
Ümumi məfhumlar bir qrup cisim və ya hadisəyə xas olan mühüm əlaməti əks etdirir. Məsələn, «tələbə» məfhumu ümumi məfhumdur. Həmin məfhum altında gələcəyin mütəxəssisi kimi hazırlanan insanları başa düşürük.
Konkret məfhumlar bilavasitə qavranıla bilən, arxasında əşya təsəvvür olunan məfhumlardır. Məsələn, «ev», «ağac» məfhumları konkret məfhumlardır. Mücərrəd məfhumlar isə bilavasitə qavranıla bilməyən və arxasında əşya təsəvvür olunmayan məfhumlardır, məsələn «sevinc», xoşbəxtlik» və s.
Məfhumlar çoxlu qarşılıqlı keçidlərlə təsəvvürlərlə bağlıdır və eyni zamanda ondan əhəmiyyətli dərəcədə fərqlənir. Onlar psixoloji ədəbiyyatlarda eyniləşdirilsələr də, gerçəkliyi inikas etdirmək xüsusiyyətlərinə görə biri digərindən fərqlənir.

Təsəvvürlər obrazlı – əyanidir, bilvasitə verilmiş informasiyaları qavrayışda inikas etdirir. Real təfəkkür proseslərində təsəvvür və anlayışlar bəzi vahidliklə verilir. Əyani – obraz təsəvvürlər təfəkkür proseslərində daha çox sxematikləşir və ümumiləşir. Bu sxematikləşmə təsəvvür əlamətlərinin birləşməsinə uyğun gəlmir. Təsəvvür obrazlarında predmetin əyani əlamətləri ön planda özünü göstərir. Buna baxmayaraq anlayış və təsəvvürlər qarşılıqlı əlaqəlidir və biri digərinə keçir.
Təsəvvürlərin məzmun obrazlarının zəruri olaraq dəyişmələri fikri proseslərə qoşularaq, sxematikləşmiş və daha çox ümumiləşmiş tam bir pilləvari iyerarxiya yaradır və anlayışlara keçir. Təsəvvürlərin özlərinin anlayışa keçmək meyillidir. Belə ki, təkcədə ümumi, hadisədə mahiyyət, obrazda – anlayış əks olunur.
Digər tərəfdən anlayışlar təfəkkürünün insan şüurundakı axarı həmişə təsəvvürlərlə bağlıdır, amma anlayışlar təfəkkürünün axarı təsəvvürlərə müvafiq gəlmir, çünki belə təfəkkür ona aid olan təsəvvürlərlə əlaqədardır. Təsəvvürlər təfəkkür proseslərində həddən artıq parçalanmış, fraqmentar halda daxil edilir. Təsəvvürlər, əyani obrazlar adətən, təkcə, anlayış isə ümumi ifadə olunur. Məfhum (anlayış) və təsəvvürlər gerçəkliyin müxtəlif qarşılıqlı əlaqələri olan tərəflərini inikas etdirir.
Məfhum və təsəvvürlər çətinliklər zamanı xüsusilə aşkar bir yerdə iştirak edir. Çətinliklə üzləşən insan fikirləşərkən tez-tez təsəvvürlərə müraciət edir, fikri əşyalarla birləşdirir, fikri müşayət edən əyani material fikri proseslərə cəlb edilir. Əyanilik prinsipi təlim prosesində sadəcə didaktik priyom deyil, o, həm də fikri proseslərin təbiətinin psixoloji əsasıdır. Məfhumlar (anlayışlar) keyfiyyətcə təsəvvürlərdən fərqlidir, təsəvvürlər obrazlarla fərdi şüurda yaranır, anlayışlar sözlərlə vasitəli yaranır və tarixi inkişafın məhsuludur.

Hökmlər — fikri proseslərin baş verdiyi əsas akt və ya formadır. Fikirləşmək hər şeydən əvvəl hökm verməkdir. Hər hansı fikri proses hökmlərdə ifadə olunur. Hökmlər insanın gerçək dünyanı onun xüsusiyyətlərində, əlaqə və münasibətlərində inikas etdirən dərk etmənin xüsusi formasıdır.
Hökmlərdə cisimlər, hadisələr arasında müəyyən əlaqənin olduğu, eləcə də cismin, hadisənin müəyyən keyfiyyətə malik olduğu təsdiq və inkar edilə bilər. Bu baxımdan hökmlər iqraıi və inkarı olmaqla iki yerə bölünür. Məsələn, «Bu kitab maraqlıdır» dedikdə kitabda maraqlılıq keyfiyyətinin olduğunu təsdiq edirik. «Bu tələbə çalışqan deyil» dedikdə isə tələbədə çalışqanlıq əlamətinin olmadığını göstəririk. Ona görə də birinci hökm iqrarı, ikinci hökm isə inkarı hökmdür.
Hökmlər ümumi, xüsusi və fərdi də ola bilirlər. Ümumi hökmlərdə eyni sinfə, qrupa aid olan bütün cisim və hadisələrdə müəyyən bir cəhət ya təsdiq, ya da inkar olunur. Xüsusi hökmlərdə isə iqrari və ya inkar bütün cisim və hadisələrə deyil, onlardan bəzilərinə aid edilir. Fərdi hökmlərdə isə iqrar və ya inkar yalnız bir cisim və ya hadisəyə aid olur.
Bütün bunlarla yanaşı hömlərin şərti, təqsimi, zərurət və s. növləri də vardır.
Psixoloji planda hökmlər – subyektin hərəkətidir, müəy­yən məqsəd və motivlə bağlıdır, insanı nəyisə düşünməyə və hansı qərarı isə qəbul etməyə təhrik edir. Hökmlər fikri fəaliyyətin nəticəsidir, fikirləşən insanın müəyyən münasibətlərinin fikrin predmetinə olan münasibətidir. Hökmlər hərəki xarakter daşıyır, özündə sosial aspekti ehtiva edir.
Hökmlərin sosial aspekti onun strukturunu şərtləndirir, onun az və ya çox dərəcədə mürəkkəbliyi digər fikirlərə münasibəti ilə şərtlənib.
Hökmlər ilk dəfə olaraq hərəkətdə formalaşır. Hər hansı hərəkət seçici xarakter daşıdığından, o nəyi isə təsdiq, inkar etdiyindən praktik əhəmiyyət daşıyır. Subyektin obyektə və digər adamlara münasibətlərini ifadə etdiyindən hökmlər emosionallıqla zəngindir. Hökmlərdə şəxsiyyət aşkar olunur, o, həmçinin iradi aktı ifadə edir.
Hökmlərdə digər insanlara qarşı olan münasibət real aləmə idraki münasibət əsasında müəyyənləşir. Hökmlərdə ehtiva olunmuş vəziyyət obyektiv olaraq həqiqətdir və ya yalandır, bu isə obyektiv gerçəkliyi inikas etdirməsindən asılıdır.
Hər hansı hökmlər həqiqətə istiqamətlənib, lakin hər hansı hökm özlüyündə şərtsiz həqiqət deyil. Mühakimə hökm üzərində fikri işdir və həqiqətin yoxlanılmasına istiqamətlənib. Hökmlər mühakimənin həm çıxış, həm də son nöqtəsidir. Bu və ya digər halda hökmlər və həqiqətin təntənəsi üçün biliklər sisteminə qoşularaq ayrıca olmaqdan qurtulur. Mühakimələr əqli nəticə forması olaraq çıxış etdiyi hökmlər sistemini açır.

Əqli nəticə — vahid məqsədə tabe olan, bir sıra əməliyyatları özündə ehtiva edən az və ya çox dərəcədə mürəkkəb fikri fəaliyyətə deyilir. Əqli nəticə prosesində təfəkkürdə vasitəli hərəkətlər xüsusi rol oynayır. Əqli nəticədə və ya yekun hökmlərdə əldə olan biliklər əsasında yeni biliklərə yiyələnmək olur, biliyə bilik vasitəsi ilə yiyələnilir, bilavasitə təcrübənin hesabına yeni biliklər mənimsənilir, obyektiv bilik prosesin son nəticəsi kimi meydana çıxır. Əqli nəticənin əsas qiyməti bundadır. Fikri akt kimi əqli nəticə üçün aşağıdakılar əhəmiyyət kəsb edir. Assosiativ prosesdən əqli nəticənin fərqi ondadır ki, nəticəyə aid etdiyimiz münasibət predmetin obyektiv məzmununu açır. Predmetin obyektivliyi hökmlərlə təfəkkürə daxil edilir və bu məlumatlar bizə qavrayışdan verilə bilər.
Əqli nəticə prosesində psixoloji planda 3 əsas halı fərqləndirmək lazımdır. Birincisi, çıxış halı əyani təsəvvür olunur və ya yeni münasibətlər əyani təsəvvürlərdə açılır. A-nın B-dən böyük olması obrazlar şəklində təsəvvür olunur. İkincisi, eyni münasibətləri əyaniliyə müraciət etmədən ancaq anlayışların köməyi ilə ifadə etmək olar. Bu halda nəticə formal əməliyyat deyil, bu əqli nəticənin qurulduğu xüsusiyyət və münasibətlərin məzmununun əhəmiyyətli tərəfləridir, konkret məz­munla müəyyənləşən qanunauyğunluq­lardır. Üçüncüsü, müvafiq əlaqələr, aşağı – yuxarı, böyük – kiçik möhkəmlənərək informasiya dayaqlarından nəticəyə icra oluna bilir və əsasən bu hal assosiativ olaraq nitqin avtomatlaşmasına tabe olur.
Əyani sxemlər əqli nəticə proseslərində əhəmiyyətli rol oynayır. Sadə əqli nəticə proseslərində şeylərin faktiki vəziyyəti ilə bağlı sxematik təsəvvürlər əmələ gəlir, ondan isə öz növbəsində nəticənin yeni məzmunu yaranır.
Əqlinəticə bir və ya bir neçə hökmə əsasən yeni hökmün çıxarılmasından ibarət təfəkkür formasıdır. Məsələn, «ikinci kursun bütün tələbələri təşəkkür aldılar» və «Təranə də ikinci kurs tələbəsidir» hökmlərinə əsasən «Təranə də təşəkkür almışdır» hökmünü çıxarırıq.
Əqlinəticənin üç əsas növü qeyd olunur: induktiv, deduktiv əqlinəticə və analogiya (təşbeh).
İnduktiv əqlinəticə xüsusi hallardan, misallardan (hökmlərdən) ümumi nəticə çıxarmaqdan ibarətdir. Məsələn, dəmirin, misin, poladın, gümüşün və s.istidən genişləndiyini və onların metal olduğunu müəyyənləşdirmək əsasında «Bütün metallar istidən genişlənir» hökmünü çıxarırıq.
Deduktiv əqlinəticə isə ümumi hallardan, misallardan (hökmlərdən) xüsusi nəticə çıxarmaqdan ibarətdir. Məsələn, «Bütün xüsusi isimlər yazıda böyük hərflə başlayır». «Bakı» xüsusi isimdir» hökmlərinə əsasən «Deməli, Bakı böyük hərflə yazılır» nəticəsini çıxarırıq.
Analogiyaya gəldikdə bu zaman ayrı-ayrı hallardan bənzətmə üzrə nəticə çıxarılır.

Təfəkkürün fərdi xüsusiyyətləri
Adamların hamısında təfəkkür eyni şəkildə inkişaf etmir. Təfəkkürün prosesləri, formaları və növləri ayrı-ayrı adamlarda müxtəlif nisbətdə təzahür edir. Bunlarla yanaşı olaraq
adamlar ağlın keyfiyyətləri nə görə bir-birlərindən daha çox fərqlənirlər. Buraya ağlın dərinliyi, çevikliyi, müstəqilliyi, tənqidiliyi və s. Aid etmək olar.
Ağlın dərinliyi cisim larda. və hadisələr arasındakı və onların daxilindəki Ən əsas, başlıca əlamətləri tapmaq bacarığından ibarətdir. Dərin ağla malik olan Adam zəruri sualları qoymaqla hadisənin mahiyyətini aça bilir, cisim və hadisələri dərindən və hərtərəfli öyrənir. Bu cür adamlar əsas cəhətləri ikinci dərəcəli cəhətlərdən ayıra bilirlər. Lakin ağıl dayaz olduqda belə adam öyrəndiyi faktlarda Ən zəruri, əsas cəhəti aşkara çıxara bilmir, formal, zahiri cəhətlərə istinad etdiyinə görə onun fikirlərində dərinlik olmur.
Ağlın çevikliyi də insan üçün zəruri olan müsbət keyfiyyətlərdəndir. Bu keyfiyyət xüsusilə insandan Ani bir vaxtda qərar qəbul etmək lazım gəldikdə tələb olunur. Ona görə də həmin keyfiyyətə malik olan adam düşdüyü vəziy­yətdən baş çıxarmağı, dərhal qərar qəbul etməyi bacarır. Ağlın çevikliyi və dərinliyi birləşdikdə insanda ağlın itiliyi keyfiy­yətinin meydana gəlməsinə səbəb olur.
Ağlın müstəqilliyi yeni sual və problemləri irəli sürə bilmək, onu müstəqil olaraq öz gücü ilə həyata keçirməyi bacarmaqdan ibarətdir. Təfəkkürün yaradıcılıq xüsusiyyəti məhz bu cür müstəqillikdə öz əksini tapır. Həmin keyfiyyətə malik olan adamlar başqalarından asılı olmur, onların öz düşüncə, fikir tərzləri mövcud olur.
Ağlın tənqidiliyi keyfiyyətinə gəldikdə bu insanın öz idrak obyektlərinə tənqidi yanaşmaq bacarığında ifadə olunur. Ağlın tənqidiliyi keyfiyyətinə malik olan adamlar duyub qavradıqları cisim və hadisələr arasındakı yğun­suz­luğu asan­lıqla görə bilir və bununla əlaqədar olaraq öz fikirlərini əsaslandıra bilirlər.


Tarix: 27.11.2014 / 12:07 Müəllif: Aziza Baxılıb: 145 Bölmə: Ümumi Psixologiya
loading...