Uşaqlarda ətraf mühiti dərketmə bacarıqları kiçik yaşlardan etibarən formalaşır. Bu baxımdan uşaqlarda həyat boyu davam edən öyrənmə vərdişləri, özünə xidmət və s. işlərə 10 yaşına qədər ciddi nəzarət edilməlidir. Bu dövrdə uşağın zəkası, diqqəti, konsentrasiyası, davranış bacarıqları, nevroloji və fiziki inkişafı daim diqqət mərkəzində olmalıdır. 10 yaş dövrünün inkişaf xüsusiyyətləri dil-idrak, fiziki və əqli inkişaf, romantik duyğular, ictimai inkişaf və s. mərhələlərdən ibarətdir. Həmin mərhələlərə fiziki olaraq boy uzaması və çəki ağırlığı, məntiqli düşünmə bacarığı, söz xəzinəsinin inkişafı, ailə və ictimai mühitin təsirləri də aiddir.
1. Fiziki olaraq boy uzanması və çəki ağırlığı
Məlumata görə bu dövrdə xüsusən qız uşaqlarının inkişafı sürətli olur. Bu baxımdan 10 yaşa kimi uşaqların düzgün qidalanmasına, fiziki inkişafına, həyat tərzinə daha ciddi yanaşılmalıdır. Həmçinin bu dövrdə bədən hərəkətlərində elastiklik nisbətən çox olur, əl bacarıqları yaxşı inkişaf edir.
2. Məntiqli düşünmə bacarığı
Həmin dövrdə diqqət görən uşaqlar öz başlarına araşdırma və planlaşdırma edərək, öyrənmədə sürət qazanırlar. Bu da onlarda, ümumbəşəri düşüncələrlə birlikdə texniki elmlərə, riyaziyyata, məntiqə və s. bacarıqlara marağı artırır.
3. Söz xəzinəsinin inkişafı
Həmin dövrdə uşaqlarda ictimai inkişaf baxımından, duyğu və davranış tarazlığı qurulur. Özlərini daha yaxşı ifadə edirlər. Bundan əlavə 10 yaş dövrü onlarda sevilmə, bəyənilmə və təqdir edilmə ehtiyaclarının artdığı dövr hesab olunur. Həmin uşaqlarda özünə daha çox zaman ayırmaları görülə bilər. Tez dəyişən duyğular istiqamətində onlarda yoldaşlıq, fikir mübadiləsi, uyğunlaşma səyi, əməkdaşlıq anlayışları əhəmiyyət qazanır.
4. Ailənin və içtimai mühitin təsirləri
Bəzi problemlər qarşısında uşaqlarda yalan danışmaq, valideynlərin məsləhətlərinə ciddi yanaşmamaq, uyğunlaşma və s. problemlər ola bilər. Bu baxımdan ailə prinsipləri ciddi qorunmalıdır. Ailədə formalaşan yaxşı mühit, onlarda əxlaq, düzgünlük, ədalət və s. nəcib xüsusiyyətlərin formalaşmasına səbəb olur. Həmin xüsusiyyətlər uşaqların sonrakı yaş dövrləri və içtimaiyət baxımından vacibdir. Çünkü, yaxşı ailədən çıxan uşaqlar öz kariyeralarında cəmiyyətə daha çox fayda verir, ictimaiyyətdə nüfuz sahibi olurlar.
Tarix: 06.01.2015 / 13:44 Müəllif: Aziza Baxılıb: 42 Bölmə: Uşaqlara tərbiyyə