Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Uşaqlara düzgün tərbiyə veriririkmi?

Uşağa tərbiyə verərkən laqeyd yanaşmaq və buna boş bir şey kimi baxmaq olmaz. Əvvəlcə böyüyən, sonra böyüdən insanın dərsinin ana ünsürü ailə qurumudur. Bu mövzu cəmiyyətin təməlini təşkil etməkdədir. Uşağın tərbiyəsi dünyaya gəlmədən, ana bətnində olarkən başlamalıdır. Hamiləlik göstəriciləri başladığı zaman uşağın həyatı əxlaqı və imanı ana olmağa hazırlaşan qadının yediyinə, içdiyinə, hərəkətlərinə və davranışlarına çox diqqət etməsi lazımdır. Beləcə, körpənin gələcəyi şəkil alır. Peyğəmbər Əfəndimiz (s.a.v) nurlu kəlamlarının birində belə buyurmuşdur: "Körpə ana qarnında 40 gündən sonra insan olaraq toplanmağa başlayır. Bir-biri ilə eyni mühitdə təmasda olur, sonra o qədər zamanda pıxtalaşmış qan olur və sonra 40 gündə ət parçası olaraq qalır. Daha sonra onun üçün mələklər nələr edəcəyini, ruzisini, əcəlini, xoşbəxt və ya bədbəxt olacağını yazmaqla tapşırılır. Bunlar yazıdıqdan sonra canına ruh üfürülür". Bu hədisdən başa düşüldüyü qədər uşaq daha ana bətnindəykən bütün gələcəyi hazır olur. Ananın da bütün xasiyyəti və hərəkətləri uşağın gələcəkdəki həyatına təsir etdiyini də yaddan çıxartmayaq. Uşaq doğulduqdan etibarən tərbiyənin əhəmiyyətli bir hissəsi başlayır. Unudulmamalıdır ki, tərbiyə ölənə qədər davam edən bir fəaliyyətdir. Ana və ataya düşən ən böyük vəzifə, uşaq dünyaya gözünü açdığı andan etibarən ciddi bir şəkildə işə girməkdir. Allah Təalanın uşağı ana və ataya bir əmanət olaraq verdiyini unutmamaq lazımdır. Uşağın ana və ataya təmiz, ağ bir kağız kimi verildiyini, üzərinə yazı yazma vəzifəsinin də ana və ataya aid olduğunu unutmamaq lazımdır.
Tərbiyəyə vaxt ayırmaq mühümdür. Uşağın tərbiyəsinə ana və atalar laqeyd yanaşmamalıdırlar. Əksər valdeynlər işlədiklərinə görə uşaqlarına vaxt ayıra bilmir, özbaşına buraxır, heç bir şeyləri ilə maraqlanmır. Uşağın tərbiyəsi valdeynlərin işlərinin arasında unudulub gedir. Tərbiyə vermək ancaq o demək deyil ki, uşağın qarnını doydurub, təmiz səliqəli geyindirəsən. Bu cür bir tərbiyə anlayışı ilə yetişən uşaqların mənəvi dünyası boş qalacaq, yaxşı və əxlaqlı böyüməyəcək, irəlidəki yaşlarında bu boşluğun fakturasını özü, cəmiyyət, ata və analar çox ağır ödəyəcək.

Uşaqlara düzgün tərbiyə veririkmi?
Tərbiyənin yalnız tətbiq olunan metodlarla bağlı olmadığı bizim ulu babalarımız tərəfindən də deyilmişdir. Ana-atanın uşaq dünyaya gəlmədən əvvəlki həyatlarının, ananın uşağa hamilə olduğu zamankı həyatının və uşaq dünyaya gəldikdən sonra da evin ümumi vəziyyətinin uşaq üzərində təsirləri vardır. Bunun üçün xüsusilə ata qazancına haram qarışdırmamağa diqqət etməlidir.
İmam Azam Həzrətləri haqqında belə bir mənqibə nəql edilir: Bir gün İmamın uşağı xoş olmayan bir davranışla qonşuların xətrinə dəyər. Qonşu bir neçə dəfə təkrarlanan bu davranışı utana utana Hz. İmama izah edər. İmam Azam uşağa heç bir şey söyləməz. Yoldaşını çağırar və: "Xanım, mən bütün həyatımı nəzərdən keçirdim, uşağımızı belə bir davranışa itələyəcək səhvi tapa bilmədim. Bir də sən həyatını nəzərdən keçir" deyər. Qadın həyatını diqqətlə nəzərdən keçirər və sonunda uşağa hamiləykən qonşunun bağçasından öz bağçalarına düşmüş bir meyvəni yediyini xatırlayar. Dərhal qonşularına gedər və haqqını halal etdirər.
Böyüklərimizdən yenə birinin uşağı atası tarlaya gedərkən heyvanlarının başqalarının tarlasından ot yeyər narahatlığıyla ağzını bağlarmış. Bir başqa böyüyümüz uşağın anasına, "Bu uşağı necə yetişdirdin?" deyə soruşarlar. O da bu cavabı verər: "Mən onu dəstəmazsız olaraq heç əmizdirmədim".

Uşaqları döyməklə tərbiyə etmək olmaz. Uşaqları döyülməyə öyrəşdirmək onların gələcəkdə müxtəlif cinayətlərə əl atmasına səbəb ola bilər. Uşaqların ən böyük düşməni döyülməkdir. Uşağı döyməklə tərbiyə etmək onu kor quyuya atmağa bərabər dəyərdədir. Xüsusilə atanın döyməsi və təzyiqi ilə böyüyən uşaqlarda bəzi psixoloji problemlərin yaranmasına səbəb olur. Belə bir mühitdə böyüyən uşaqlar tez-tez yalan söyləməyə də başlayır və beləliklə yalançılığa öyrəşir. Uşaqların cinayət törətməyə yönəlməsində də ən böyük günahkar valdeynlərindir. Döyülmək uşağa heç bir şey qazandırmadığı kimi şəxsiyyətindən də bir çox şey alıb aparmaqdadır. Uşaq cinayətləri ilə əlaqədar araşdırmalardan da görünür ki, bu cür uşaqlar əsasən döyülən və təhsilsiz böyüyən uşaqlardır. Uşaqların tərbiyəsində əsas məqamlardan biri də ailə içərisində ana və ya atanın davranışlarıdır. Çünki uşaqlar daha doğulduğu gündən etibarən ətrafında olan hadisələri yaddaşlarında saxlayırlar. Və irəli yaşlarda da ana və atasını özünə nümunə olaraq seçib onların elədiklərini təkrarlayır. Uşaqlara mehriban və ölçülü bir mühit hazırlamalıyıq. Onları könüldən sevib, hərəkətlərimizlə tərbiyə etməliyik.


Tarix: 06.01.2015 / 13:14 Müəllif: Aziza Baxılıb: 196 Bölmə: Uşaqlara tərbiyyə
loading...