Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Uşaqlar oynarkən öyrənir

İndiki vaxtda uşaqlar artıq çox təəssüf ki, vaxtının çoxunu kompüter, televiziya ya da internet başında keçirir. Dostları ilə bir yerdə olmaq yerinə ekran başında olmağı seçir. Şəhərləşmə, uşaqlardan akademik gözləmənin artması, kompüter-video oyunları, internet, valideynlərin narahatlıqları kimi faktorlar uşaqları getdikcə daha çox ev içində qalmağa itələyir.
Oyun oynamaq bir təcrübədir. Səy tələb etdiyi qədər eyni zamanda içdən gələn bir məşğuliyyətdir. Bir uşağın oyunu, simvolik olaraq öz dünyasını əks etdirər. Oyun uşaqların sağlam inkişafları üçün ayrılmaz bir ünsürdür. Uşaqlar oyun oynadıqca problem həll etmə bacarıqları inkişaf edər, əqli bacarıqlarına və fiziki inkişaflarına müsbət təsirlənər.
Paylaşmağı, kəşf etməyi öyrənər
Uşaqlar oyun sayəsində yaradıcılıqlarını inkişaf etdirə bilərlər və məktəb əvvəli lazım olan əqli inkişafı səviyyəsinə çatmalarına da oyuncaqlar köməkçi olar. Beləcə uşaqlar paylaşmağı, kəşf etməyi, öyrənməyi öyrənərlər. Uşağınıza bir oyuncaq verdiyinizdə toxunma və görmə vasitəsilə onun duyğularına xitab edən bir obyekt təqdim etmiş olarsınız. Uşaqlarınıza uyğun oyuncaqlar seçdiyinizdə onun fiziki, ictimai və zehni inkişafına da köməkçi olmuş olarsınız.
Uşaqlar evə bağlanır
İndiki vaxtda uşaqların oyun təcrübələrinin olduqca dəyişməyə başladığını görməkdəyik. Televiziya, internet və xüsusi ilə də kompüter oyunları səbəbi ilə uşaqlar passiv bir şəkildə əylənməkdə və həm ətraflarındakı digər insanlarla (yoldaş, valideynlər, vs…) həm də təbiətlə daha az təmas etməkdədirlər. Şəhərləşmə, uşaqlardan mükəmməl gözləmənin artması, kompüter-video oyunları, internet, valideynlərin narahatlıqları kimi faktorlar getdikcə daha çox uşaqları ev içərisində qalmağa itələyən faktorlardır. Bəzi valideynlər üçün kompüterin uşaqlar üzərindəki narkotik təsiri uşağı əyləndirici və beləcə uşağın ana-ata tərəfindən nəzarət edilməsi çətin bəzi davranışlarını maneə törədici olaraq görülür. Ayrıca uşaqlar arasında internet istifadəsinin məhdudlaşdırılması valideynlər üçün asan olmur. Vəziyyət belə olunca uşaqlar saatlar boyunca kompüterin başından qalxmır, sanki ekran başında həyatlarını davam etdirirlər. Kompüter qarşısında yeyib- içdiyi deyilən, otaqlarından çıxmaq istəməyən, ictimai əlaqələri pozulan uşaqlar hər keçən gün daha çox qarşımıza çıxır.
Təbiətdə oynayan uşaqlarda diqqət əskikliyi azalır
Valideynlərin həddindən artıq qoruyucu tutumları səbəbi ilə xüsusilə böyük şəhərlərdə yaşayan çox uşaq ev çölündə -açıq havada- oyundan faydalana bilmir. Xaricdə 9000 məktəb əvvəli uşaq üzərində edilən bir araşdırmaya görə məktəb əvvəli uşaqların yarısı gündəlik oyun ehtiyacları üçün valideynləri tərəfindən çölə çıxardılmır. Xüsusi ilə bu yaş uşaqlarında heç olmasa valideynlərdən birinin uşağa çöldə oyun oynayarkən yoldaşlıq etməsi lazımdır ancaq çox valideynlər bunu edə bilmir. American Journal of Public Health jurnalında nəşr olunan bir araşdırmaya görə təbiətdə edilən fəaliyyətlərin iç sahələrdə edilənlərə görə hiperaktividə və diqqət əskikliyi əlamətlərini daha çox azaltdığı görülmüşdür. Çünki uşaqlar açıq havada daha çox hərəkət edərək enerjilərini istifadə etdiklərində sinifdə diqqət problemi göstərmə riskləri azalmaqda, daha yaxşı fikirlərini cəmləyə bilərlər.
Ailələr nə etməli?
Uşaqlara hazır oyuncaqlar yerinə yaradıcılıqlarını hərəkətə keçirə biləcək, bloklar, legolar, yapboz kimi oyunlar təqdim edilməlidir. Palçıq, boya tabaşir və oyun xəmirləri, dəyişik ölçü və rəngdəki küplərlə, su, qum və boyalar yaradıcı oyun fəaliyyəti meydana gətirməkdədir. Şəkilli nağıl kitabları oxuduğunuzda şəkillərə baxaraq xəyal güclərinə görə öz hekayələrini yaratmasına fürsət verə bilərsiniz.
Bəzi uşaqlar yeni aldıqlarə oyuncaqlarını özləri kəşf etmək istəyə bilərlər; həll edə bilməyəcəyini düşündüyünüz vəziyyətlərdə ya da uşağınız kömək istədiyində ona məlumat verin. Şəkil çəkmək də bu yaş uşaqlarının xəyal güclərinin zənginləşməsinə köməkçi olmaqdadır.
Uşaqlar şəkil çəkərkən valideynlər olaraq ona məhdudlaşdırmalar qoymamalısınız, davamlı necə etməsi lazım olduğunu söyləməməniz yaradıcılıqlarının inkişafı üçün olduqca əhəmiyyətlidir.
Fərqli rənglər və boyama şəkilləri istifadə etmək də uşağın yaradıcılığını dəstəklər.
Bir oyuncağın başqa xüsusiyyətlərini də kəşf etməsi və ya başqa bir oyuncaq yerinə istifadə etməsi də təxəyyül baxımından əhəmiyyətlidir.


Tarix: 06.01.2015 / 12:24 Müəllif: Aziza Baxılıb: 112 Bölmə: Uşaqlara tərbiyyə
loading...