Ziqmund Freyd şəxsiyyəti psixoseksual inkişaf baxımından araşdıran və şəxsiyyətin təməl xarakter quruluşunda körpəlik və uşaqlıq illərinin əhəmiyyətini ifadə edən ilk psixoanalitikdir.Freydin psixoseksual inkişaf mərhələsində birinci mərhələ oral mərhələ adlanır. Oral dövrdə errogen zona ağızətrafı sahə, təməl həzz mərkəzi əmmədir. Əmmə passiv və asılı bir davranışdır. Əmmə funksiyası yeni doğulmuş uşaqlarda çox qüvvətlidir. Ancaq barmaq əmmə və dil əmmə vərdişləri ilk 1.5 il normal olmaqla birlikdə 2 yaşın sonunda itər. Ancaq barmaq əmmə, əmzik əmmə vərdişi davam edəcək olsa hələ də inkişaf etməkdə olan əzələ və sümük strukturları üzərinə təzyiq tətbiq edərək dişlərin yer dəyişdirməsinə gətirib çıxarar. Bu vəziyyətdə üst ön dişlər önə alt ön dişlər isə geriyə doğru əyilər və alt,üst ön dişlər arasında açıqlıq meydana gəlir. Vərdiş buraxılsa bu açıqlıq bağlanar ancaq 3.5 yaşından sonra qalıcılıq artar.
Ümumiyyətlə uşaqlar barmaq əmmə davranışını üç yaşında buraxırlar. Bu vaxta qədər uşağınız barmaq əmməyə davam edirsə bu vəziyyəti bir az daha yaxından müşahidə edin. Diqqət yetirin ki,bu davranış xüsusi vəziyyətlərdəmi reallaşır, yoxsa günün çox zamanında davam edən bir haldır.Bu davranış onun ictimai fəaliyyətlərinə mane olur mu? Danışma, tələffüz və dil istifadəsində bir maneə meydana gətirirmi?
Barmaq əmmə davranışının 3 yaşından sonra da davam etməsi ümumiyyətlə psixoloji mənşəlidir. Oral dövrdə olan uşaqlar ətrafı ağızları ilə öyrənirlər, oyuncaqları, barmaqları ,evdə tapdığı hər şeyi ağızına aparırlar.Çünki bu, onların dünyanı tanıma üsuludur. Üç yaşından sonra barmaq əmmə hələ davam edirsə bunun səbəbi psixoloji bir problem ola bilər. Uşağın oral dövrdə qalmaq istəməsi, uşaq olaraq qalma ehtiyacının tamamlanmamasıdır.Bunu etməsində bir çox fərqli səbəb ola bilər. Məsələn,yeni qardaşı olan bir uşaq onun əlinə götürdüyü oyuncaqları əlinə ala bilməsi üçün onun da körpə olması lazım olduğunu düşünə,özünü ona bənzədərək barmaq əmə bilər. Ya da ana atasından diqqət görə bilməyən uşaqlar diqqət mərkəzində qalma ehtiyaclarını bu şəkildə biruzə verə bilərlər. Qorxuları olan uşaqlar ya da evdə ana-ata mübahisəsinə şahid olan uşaqlarda da bu davranışlarara rast gəlinə bilər. Bu saydıqlarımın xaricində daha bir çox fərqli səbəb ola bilər. Uşağınızda barmaq əmmə davranışı varsa və onu tərgidə bilmirsinizsə bir az onu anlamağa çalışın. Ailənizi müşahidə edin, nələrin yolunda getmədiyinə bir nəzər salın. Sizin üçün normal ya da əhəmiyyətsiz gələn vəziyyətlər uşaqların içində fırtınalar yarada bilər.
Barmaq əmməyi davam edən uşağınıza köməkçi ola bilməniz üçün sizlərə bir neçə tövsiyyələr vermək istərdim. Əvvəlcə uşağınıza barmaq əmməni yalnız evdə etməsinə icazə verin və bunun üçün kiçik mükafatlandırmalar edin. Müəyyən bir müddət bu şəkildə davam etdikdən sonra mətbəxdə barmaq əmməsini qadağan edin. Bu prosesi əhatə dairəsini genişləndirərək davam etdirin (mətbəx,hamam otağı,yataq otağı və s.). Onun ağızını məşğul etmək üçün saqqız, kiçik atıştırmalar verə bilərsiz. Birlikdə mahnı,hekayələr oxuya bilərsiniz və bu mövzuda onunla danışa bilərsiniz. Dəyişmənin bir anda olmasını gözləməyin və ona zaman verin. Yavaş və addım-addım irəliləyin.
Tarix: 06.01.2015 / 12:47 Müəllif: Aziza Baxılıb: 69 Bölmə: Uşaqlara tərbiyyə