Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Uşaqlarda ev işlərinə həvəs yaratmaq

Uşaqların ev işi görməsi, məsuliyyət duyğularının inkişafına köməkçi olduğu kimi özünə inam inkişafını da artırar.
2 yaşındakı uşaqla kiçik vəzifələrə başlaya bilərsiniz. (Məsələn: oynadığı oyuncaqlarını yerinə yığması kimi.) Uşağınıza iş vermədən əvvəl, vəzifələri yaxşı qiymətləndirin və edib-edə bilməyəcəyini yaxşı düşünün. Yaşa görə vəzifələndirmək çox əhəmiyyətlidir. Daşıya bilməyəcəyi yükü uşağa üstləndirmək ona fayda yerinə zərər verər. Uşaqların bu məsuliyyətlərini daşıya bilmələri üçün valideynlərin dəstəyinə, cəsarətinə və motivasiyasına ehtiyacları vardır. Bunu bacara bilmələri üçün onların köməklərinə ehtiyac olunduğunun hissinə qapılmaları və edildikdən sonra təqdir ediləcəyini bilmələri əhəmiyyətlidir.
Bir söyləmənizdə uşağınızın dərhal işə başlayacağını sanmayın. Burada səbrli olmanız lazımdır. Uşağınıza oyunundan özünü ayırması üçün zaman verin. Ümumiyyətlə bir uşaq qarmaqarışıq otağını təmizləmədə ümidsizliyə qapılar və haradan başlayacağını bilə bilməz. Bir uşaq nə qədər kiçikdirsə işin o qədər kiçik olması lazımdır. Bacara biləcəyi işi versəniz uşağınızın həvəsini oyandarsınız və davamlılıq üçün motivasiya edərsiniz. Uşağınıza dəstək olun, ona yol göstərin və onunla birlikdə təmizləməyə başlayın. Özü sizin etdiyinizdən nümunə götürəcək. Onun üçün ev işlərindəki çətinliyi deyil edildikdən sonra edilmiş müvəffəqiyyəti qabardın. Uşağınız məsuliyyət duyğusunu mənimsəyənə qədər etməsi lazım olan vəzifələrini xatırladın və edilənlərə də nəzarət edin.Uşağınızdan tərifinizi və qürurunuzu əsirgəməyin. Bu onu daha da motivasiya edəcək. Davamlı edilən vəzifələr zamanla uşağda vərdişə çevrilər və zamanla asan gələcək.
Yaşı irəlilədikcə işlərdə həm sevdiyi həm sevmədiyi arasında balanslı bir seçki qurun. Əgər başqa bacıları varsa vəzifələri davamlı dəyişdirin. Bu şəkildə hər uşaq digər uşağın etdiyi işidə də etmiş olar. Zamanla uşağın vəzifələrini yavaş yavaş ağırlaşdırın.Bu şəkildə işlərindən bezməmələrini önləyər o biri yandan da özünə güvən duyğularının artmasına dəstək olarsınız.
Öz otağını özü tplasın
-Yemək masasını qurma və toplama.
-Toz alma və süpürmə.
-Çiçək sulama.
-Paltar asma.
-Yemək bişirmədə kömək etmək. Və bu kimi işlərdə sizə kömək etmələri həm sizlər həm də uşaqlarınız üçün əyləncəli olacaq...


Tarix: 06.01.2015 / 12:28 Müəllif: Aziza Baxılıb: 49 Bölmə: Uşaqlara tərbiyyə
loading...