Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Xoşbəxt uşaq böyütməyin yolları

1. Övladınıza inanın, onu olduğu şəkildə qəbul edin və hər cür seçiminə hörmət edin.
Ona inanıb hörmət etsəniz, o da özünə və ətrafına qarşı inam, hörmət və məsuliyyət hiss edəcəkdir. Sadəcə, yaşı kiçik olduğu üçün sizin düşüncələrinizdən fərqli seçimləri olması hər şəraitdə bunların səhv olduğunu göstərməyəcəkdir.
Xoşbəxt uşaq böyütməyin yolları

2. Onu özünüzə oxşatmağa çalışmayın.
Onlar sizə oxşamağa çalışdıqları üçün siz də öz valideynlərinizin yoluyla getməyin. Xatırlayın ki, siz bundan heç xoşlanmamışdınız. O halda eynisini övladlarınıza yaşatmayın. Sizin üçün doğru olanlar uşaqlarınız üçün doğru olmaq məcburiyyətində deyil, çünki o, sizdən tamam fərqli biridir.
Xoşbəxt uşaq böyütməyin yolları

3. Çox kiçik yaşlardan etibarən ona iradə qazanmağa yardım edin
Hər kəs həyatından özü cavabdehdir. Uşaq öz həyatının cavabdehliyini anlayırsa, həyatla barışıq olur, onlardan başqalarını cavabdeh tutmaz. Həyata narahatlıqla baxaraq xətalarından qorxmaz, onlardan dərs çıxarmağı öyrənərək bir daha olmaması üçün əlindən gələni edər.

4. Övladınızın şəxsiyyətinin ortaya çıxmasına çalışın.
Valideynlərin birinci işi uşaqların içindəki gözəllikləri ortaya çıxması üçün rahat və sakit mühit yaratmaqdır. Xoşbəxt bir həyatın təməli insanın özünü tanımasıyla başlayar. Qısası, "öz"ünün ortaya ortaya çıxmasına zəmin hazırlayın.

5. Ona cavablar deyil, suallar verin.
Həyat doğru cavablarla deyil, doğru suallarla əlaqədardır. Doğru cavab yoxdur, sadəcə, həmin şəxsə özəl cavab vardır. Onu doğru suallarla yönləndirin, ancaq bu şəkildə övladınız özünə məxsus cavabları kəşf edərək, həyatı doğru şəkildə başa düşəcək və yaşaya biləcək.

6. Sevgi və ədalət hissi aşılayın.
Uşağa xüsusən ana tərəfindən təqdim edilən sevgi sonsuz olmalıdır. Uşaq bu sevgidən heç bir zaman şübhə etməməlidir. Ata isə uşağı həyata hazırlamaqda güc və ədaləti təmsil etməlidir. Sağlam psixologiyaya sahib olan uşaq valideynlərin uyğun rolları oynadıqları bir ailədə yetişə bilər.

7. Övladınızla yaxşı zaman keçirin.
Ona verə biləcəyiniz ən dəyərli hədiyyə özünü kəşf etməsinə şərait yaratmaqdır, onunla bu mənada vaxt keçirin.
Duyğu və xəyal dünyasını genişləndirməyə çalışın, bacarıqlarına və maraq dairələrinə həvəsləndirməyə kömək edin. Uşağınız ancaq bu sahədə öz həyatı ilə əlaqədar həqiqətlərin fərqinə çatmağa başlaya biləcəkdir.

8. Onu tənqid etməyin və günahlandırmayın.
Bu onun hər etdiyinin doğru olduğunu qəbul etməyiniz mənasına gəlməz, onun öz xətalarının özü fərqinə çatmasına və dərində yatan səbəbləri kəşf etməsinə köməkçi olun. Xətalar ancaq bu şəkildə həll ola bilər. Cəza, ya da medalın digər üzü olan mükafat psixologiyası edilən xətaya məna qatmayacağı üçün uşağın daxili inkişafına heç bir qatqısı olmayacaq.


Tarix: 06.01.2015 / 13:13 Müəllif: Aziza Baxılıb: 97 Bölmə: Uşaqlara tərbiyyə
loading...