Üzüm (uşaq şeiri)
Yol tərəfə tutmuşam
Bir saatdı üzümü.
Daşıyırlar uşaqlar
O tərəfdən üzümü.
Dırmaşıblar heyvaya
Şaftalıya, üzümə.
Görən bağ yiyəsi gəlib
Nə deyəcək üzümə.
Baxdım qəlbim əzildi
Əzik – üzük üzümə.
Bu bağçanın günahı
Çəkiləcək üzümə.
Tarix: 26.12.2014 / 18:04 Müəllif: Aziza Baxılıb: 56 Bölmə: UŞAQ ŞEİRLƏRİ
loading...