Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Novruz gəlib

Novruz gəlib, yaz gəlib,
Bir əlində saz gəlib.
bir əlində xonçası,
Açıb gülün qönçəsi.
Bülbülə avaz gəlib,(2)
Novruz gəlib,yaz gəlib.(2)

Kosa,sən də gəlsənə,
Gəlib salam versənə.
o torbanı ver görək,
Yumurtalar rəngbərəng.
Hər biri can dərmanı,(2)
Ver dolduraq torbanı.(2)

Novruza bax,yaza bax,
O əriyən buza bax.
Sellər axır şırhaşır,
Çöllər olub yamyaşıl.
Ot bitir,yemlik bitir,(2)
Keçəl başa tük bitir.(2)


Tarix: 26.12.2014 / 17:57 Müəllif: Aziza Baxılıb: 130 Bölmə: UŞAQ ŞEİRLƏRİ
loading...