Şaxta babanın nəğməsi
Qopdu bayırda tufan
Uğuldadı yel boran
Döyüldü pəncərə bərk
Açdı qapını külək
Yelləndi çilçiraqlar,
Doldu evə soyuq qar.
Aha aha diyəsən
Şaxta babadır gələn!
Saç-saqqalı tamam ağ,
Başında qardan papaq
Girdi evə bir qoca,
Boyu çinardan uca…
Yapıncısı buz kimi,
Parlayır ulduz kimi
Qotazlı qar xurcunu.
Uşaqlar görcək bunu
Alıb dövrəyə həmən
Tutdular ətəyindən:
Şaxta babadır gələn
Şaxta baba şaxtacan
Hardasan bu vaxtacan
Şaxta baba gülərək
Uşaqlarla təkbətək
Qucaqlaşıb görüşdü
Nə isə yadına düşdü
Fikrə getdi bir qədər,
Dedi – əziz körpələr
Qarlı dağlar aşaraq
Çox ellər dolaşaraq
Dağlarda qurdum dəyə
Gəldim sizi görməyə.
Tarix: 26.12.2014 / 17:58 Müəllif: Aziza Baxılıb: 134 Bölmə: UŞAQ ŞEİRLƏRİ
loading...