Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Ayxan həkim (uşaq şeiri)

Bir gün kiçik Ayxanın
xəstələndi nənəsi.
Onun yanına gəldi
şirin, dəcəl nəvəsi.

Qulaq asdı nənənin
köksündə ürəyinə.
Nəbzini yoxlayaraq
əl qoydu biləyinə.

Sonra qaşların çatıb
Ayxan çox fikrə getdi.
Həkimsayağı durub
Nənə ilə söhbət etdi.

– Yeməlisən çoxluca,
Konfet, şokalad, banan,
Səndə xəstəlik yoxdur,
Tez sağalarsan, inan!


Tarix: 26.12.2014 / 18:03 Müəllif: Aziza Baxılıb: 79 Bölmə: UŞAQ ŞEİRLƏRİ
loading...