Əziz müəllim
Nəsillərə paylayır,
Gözlərinin nurunu,
Ən çətin anda belə
İtirmir qürurunu.
Şagirdlərə bölür o
Qazandığı varını.
Qoymarıq itirə o
Bizə etibarını.
Əziz müəllimimin
Qayğı yağır gözündən.
Çətinliyə düşürük,
Bir yol çıxsaq sözündən.
Bizə düz yol göstərən,
Sənsən, əziz müəllim,
Arzusuna qovuşmaz.
Sözündən çıxsa hər kim.
Tarix: 26.12.2014 / 17:58 Müəllif: Aziza Baxılıb: 42 Bölmə: UŞAQ ŞEİRLƏRİ
loading...