Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Svetofor şeiri

Bütün günü sönən-yanan,
Üç sehrli işığım var,
Gözləri ilə danışan
Üç sehrli çırağım var.

Qırmızı işıq yanar
O hamıya tapşırar
«Mən yanarkən heç bir kəs
Maşın yolunu keçməz!
***
Yanan kimi Sarı işıq,
Hamı durub gözləyər,
«Hazırlaşın, piyadalar
Yolu keçməyə!»-deyər.
***
Yanan kimi yaşıl işıq,
Yollar olar tamam açıq
Hamı sevinər, şad olar,
Yolu keçər piyadalar.
***
Ay balaca balalar,
Ay ağıllı uşaqlar!
Bu sehirli işıqlar
Deyin nə cür adlanar?
Svetofor


Tarix: 26.12.2014 / 17:34 Müəllif: Aziza Baxılıb: 66 Bölmə: UŞAQ ŞEİRLƏRİ
loading...