Şən yolka
Geyinmisən al-əlvan
Budaqların çırağban.
Dövrə vurub qız-oğlan
Nəğmə deyir şən-yolka
Sən nə gözəlsən yolka.
Dildə gəzir sorağın
Bəzənib hər budağın
Şaxta baba qonağın
Olmuş sənin şən yolka
Sən nə gözəlsən yolka.
Çölü meşəni bəzə
Düzləri gəzə-gəzə
Hər il qonaq gəl bizə
Ürək açan şən yolka
Sən nə gözəlsən yolka.
Tarix: 26.12.2014 / 18:00 Müəllif: Aziza Baxılıb: 66 Bölmə: UŞAQ ŞEİRLƏRİ
loading...